"ŞOVİNİZM" sözünün yaranmasının kökü

Bu gün, 09:54           
"ŞOVİNİZM" sözünün yaranmasının kökü
Təxminən 1780-ci ildə güman edildiyinə görə Roşfor şəhərində doğulan, uydurma fransız əsgəri, Fransa Respublikasının Birinci Ordusunda xidmət edən və sonra isə Napoleonun işğalçılıq ordusunda döyüşən Nikolya Şoven haqqında: 18 yaşında müharibəyə çağırılıb və vətənə şərəflə xidmət edib. 17 dəfə yaralanıb (həmişə sinəsindən), bundan sonra bədənində çoxlu eybəgər yara izləri qaldı. Əsgər şücaətinə görə hərbi mükafat və 200 frank təqaüdlə mükafatlandırıldı. Çıxışlarında o, Fransaya və Napoleon Bonaparta olan sevgisini təmtəraqlı və populyar tərzdə ifadə edirdi. Şovenin bu hərəkəti onu şöhrətləndirir.
Şoven soyadı latın dilində keçəl deməkdir.
Nikolya Şövenin ilk "bioqrafiyası" 1845-ci ildə Jak Araqo tərəfindən "Şovinizm" məqaləsində, sonra isə Pyer Larussun "Böyük lüğəti"ndə eyni adlı məqalə kimi dərc edilmişdir.
Şoven sonradan bir çox ədəbi əsərdə dramatik bir fiqur oldu və bu bir çox əsərin yaranmasına səbəb oldu. Bəzi Yazıçılar qəsdən əsərlərini onun həyatının bioqrafik təsviri kimi yayırdılar, bu da ona gətirib çıxardı ki, bu gün də Şovenin həyatı haqqında çox az şey məlumdur.
XIX əsrin ortalarında Fransada millətçilik dalğasının yüksəlməsi "ŞOVİNİZM" sözünün yaranmasına səbəb oldu.
Rasim Məmmədov
TEREF














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru