Deputatlar tətildən təkliflərlə qayıdırlar: Müəllimlər, Böyük Qayıdış, nəqliyyat...
Bu gün, 08:14

Bu gündən Milli Məclisin deputatlarının tətil müddəti başa çatır. Parlamentin Daxili Nizamnaməsinə uyğun olaraq, deputatlar payız sessiyasına hazırlıq məqsədilə komitə iclaslarına başlayacaqlar.
Payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir. Sessiya çərçivəsində plenar iclasların keçirilməsi, bir sıra qanun layihələrinin müzakirəsi və qəbul olunması nəzərdə tutulur. Hər yeni sessiya cəmiyyətin gündəmində dayanan məsələlərin qanunvericilik müstəvisində əksini tapması baxımından xüsusi əhəmiyyət daşıyır.
Modern.az saytı deputatlarla əlaqə saxlayaraq, onların yeni sessiya üçün irəli sürməyi planlaşdırdıqları qanun layihələri barədə fikirlərini soruşub.
Tənzilə Rüstəmxanlı:
"Azərbaycanda deputatın qanunvericilik təşəbbüsü hüququ konstitusion hüquq kimi təsbit olunub. Bir illik parlament fəaliyyətimdə həm büdcə layihəsinin müzakirəsində, həm qanunların komitələrdə müzakirəsində, həm də Milli Məclis iclaslarında bir çox təkliflərlə çıxış etmişəm və bunların da bir hissəsi nəzərə alınıb. Mənim fikrimcə, deputat hazırladığı layihəni qurumlarla razılaşdırmamalıdır. Layihəyə rəyi ən azından Milli Məclisin komitələri və ya şöbələri almalıdır. Təhsil sahəsi, xüsusilə kənd məktəblərində dərs deyən müəllimlərlə bağlı, gənc ailələrə sosial dəstəklə əlaqədar müəyyən təkliflərim var və bunu parlamentin yeni sessiyasında səsləndirəcəm. Deputat seçildiyim Neftçala rayonunun sosial-iqtisadi inkişafı ilə əlaqədar təkliflərim də müvafiq qurumlara göndərilir".
Tənzilə Rüstəmxanlı
TEREF