Əfqanıstandakı zəlzələ azı 250 nəfərin həyatına son qoyub
Bu gün, 09:16
Əfqanıstanın Nanqarhar vilayətinin mərkəzi rayonu Cəlalabad yaxınlığında baş vermiş altı bal gücündə zəlzələ azı 250 nəfərin həyatına son qoyub.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Geoloji Xidməti 6 bal gücündə zəlzələnin ölkənin Pakistanla sərhədi yaxınlığında baş verdiyini açıqlayıb.
Zəlzələnin episentri yerin 8 kilometr dərinliyində yerləşib.