Pezeşkiandan münaqişələrin həlli üçün təklif - KİV

Bu gün, 11:06           
Pezeşkiandan münaqişələrin həlli üçün təklif - KİV
İran prezidenti Məsud Pezeşkian Yaxın Şərqdə sülh və təhlükəsizliyə təhlükə yaradan böhranların həlli üçün Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin xarici işlər nazirləri komitəsinin yaradılmasını təklif edib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, İran lideri bunu Tiencin şəhərində keçirilən ŞƏT sammitində çıxış zamanı deyib.

“Sülhməramlılıq sahəsində ŞƏT üzvlərinin xarici işlər nazirlərindən ibarət komitə yaratmaq lazımdır ki, onun iştirakçıları regionda (Yaxın Şərqdə, -red.) sülh və təhlükəsizliyə təhlükə yaradan müxtəlif böhranlar barədə fikir mübadiləsi aparacaq, böhranın idarə olunması və onun öyrənilməsi mexanizmləri ilə bağlı səmərəli təkliflər irəli sürəcək”,- o, bildirib.

M. Pezeşkian əlavə edib ki, komitəyə onlardan birinin tələbi ilə dərhal iştirakçıların iclasını çağırmaq hüququ verilməlidir. Eyni zamanda, yeni struktur ŞƏT-in “intellektual və operativ rıçaq”ı kimi çıxış etməli, həmçinin suverenliyi pozulmuş üzv ölkəyə müxtəlif yollarla kömək etməyə çalışmalıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru