Rusiya-Ukrayna münaqişəsi uzun müddət davam edəcək? - Mertsdən ŞOK AÇIQLAMA

Bu gün, 10:34           
Rusiya-Ukrayna münaqişəsi uzun müddət davam edəcək? -
Almaniya kansleri Fridrix Merts hesab edir ki, Rusiya-Ukrayna münaqişəsi uzun müddət davam edəcək.

Bu fikirlə ZDF telekanalına müsahibəsində çıxış edib.

Merts qeyd edib ki, tarixin göstərdiyi kimi, "ümumiyyətlə, hərbi münaqişələrə son qoymağın iki yolu var – ya bir tərəfin hərbi məğlubiyyəti, ya da iqtisadi və ya hərbi tükənmə".

Almaniya kansleri hesab edir ki, heç bir variant Rusiya ilə Ukrayna arasında mövcud vəziyyəti təsvir etmək üçün uyğun deyil.

"Ona görə də mən özümü bu müharibənin uzun müddət davam edə biləcəyinə zehni olaraq hazırlayıram", - o, fikirlərini yekunlaşdırıb.

Eyni zamanda, kansler iddia edib ki, onun ölkəsi Kiyevin kapitulyasiyası yolu ilə münaqişəyə son qoyulmasının əleyhinədir. "Biz ona (münaqişəyə - red.) tez bir zamanda son qoymağa çalışırıq, lakin əlbəttə Ukraynanın kapitulyasiyası bahasına deyil", - Merts bildirib.


Onun sözlərinə görə, kapitulyasiyadan dərhal sonra növbə növbəti ölkəyə, sonra isə Almaniyaya gələcək.

"Bu, bir seçim deyil", - kansler deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru