Tramp, Zelenski və Avropa liderləri Parisdə görüşəcəklər

Bu gün, 12:44           
Tramp, Zelenski və Avropa liderləri Parisdə görüşəcəklər
Sentyabrın 4-də Parisdə ABŞ və Ukrayna Prezidentləri - Donald Tramp və Volodimir Zelenski, eləcə də Avropa liderlərinin görüşü baş tutacaq.

Bu barədə "The Financial Times" məlumat yayıb.

Məlumata görə, görüş Fransa Prezidenti Emmanuel Makronun dəvəti ilə baş tutacaq.

Görüşdə həmçinin Almaniya kansleri Fridrix Merts, Böyük Britaniyanın Baş naziri Kir Starmer, NATO-nun baş katibi Mark Rutte və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen iştirak edəcəklər.

Yelisey Sarayı bu məlumatı şərh etməyib.

Adları çəkilən siyasətçilərin hamısı avqustun 18-də Ağ Evdə keçirilən sammitdə iştirak ediblər. Burada Ukrayna üçün təhlükəsizlik təminatları və digər məsələlər müzakirə olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru