Putin Paşinyanla görüşdə müzakirə üçün məsələlərin yığılıb qaldığını deyib

Bu gün, 09:08           
Putin Paşinyanla görüşdə müzakirə üçün məsələlərin yığılıb qaldığını deyib
Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə bildirib ki, həm ikitərəfli, həm də regional xarakterli bir çox məsələlərin müzakirəsi yığılıb qaldığı üçün onunla danışmaq fürsəti əldə etdiyinə görə şaddır.
"Report"un verdiyi məlumata görə, görüş ŞƏT sammiti çərçivəsində təkbətək formatda keçirilib.

"Sizi görməyə, bugünkü və sabahkı tədbirlər çərçivəsində danışmaq imkanına malik olduğum üçün çox şadam. Uzun müddətdir, bir-birimizi görmürdük, ikitərəfli, regional, beynəlxalq miqyasda çoxlu məsələlər yığılıb. Ümid edirəm ki, sizinlə bugünkü görüşümüz faydalı və mənalı olacaq", - Putin görüşün əvvəlində deyib.

Paşinyan iki ölkə arasında mövcud olan tərəfdaşlıq və dialoqdan məmnunluğunu bildirib.

"Bizim hər zaman çox dolğun gündəliyimiz var. Əminəm ki, bugünkü gündəm də çox dolğundur, bu, göz qabağındadır. Bizim aramızda yaranan tərəfdaşlıq və dialoqdan çox məmnunam. Şəxsi dialoqumuz və əlbəttə qardaş ölkələrimiz arasında çox fəal dialoqdur", - Ermənistanın baş naziri deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru