Çində çikunqunya virusuna yoluxma artır

Bu gün, 11:14           
Çində çikunqunya virusuna yoluxma artır
Çin epidemioloqları bir həftə ərzində ölkənin cənubundakı Quandun əyalətində 225 yeni çikunqunya virusuna yoluxma aşkarlayıblar.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Çinin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi məlumat yayıb.

Məlumata görə, Çinin Foşan şəhərində 119, Quançjouda 49, Şençjendə 16 nəfər çikunqunya qızdırmasına yoluxub. Digər ərazilərdə isə az sayda yoluxma halı qeydə alınıb.

Bütün ərazilərdə ağcaqanadlara və virusun yayılmasının qarşısının alınmasına görə, sanitar-epidemioloji tədbirlərin həyata keçirildiyi bildirilir.

Qeyd edək ki, çikunqunya virusu iyulun əvvəlində, Quandun əyalətində ağcaqanadların çoxalmasına şərait yaradan isti və rütubətli havaya görə ağcaqanadlar vasitəsilə yayılmağa başlayıb. Çinin cənubunda aşkarlanan qızdırma hallarının ümumi sayı 10 minə yaxındır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru