"Qış parkı"ndakı məşhur restorandan NARAZILIQ: "Hərəkət etmək olmur" - VİDEO

Bu gün, 11:08           
"Qış parkı"ndakı məşhur restorandan NARAZILIQ:
"Qış parkı"nda fəaliyyət göstərən "Qonaq ol" restoranı sakinlərin sərbəst hərəkətinə çətinlik yaradır.

Bizim.Media xəbər verir ki, sözügedən restoran yay aylarında masa və stullarını bayıra qoymaqla sakinlərin yolunu kəsir.

Belə ki, vətəndaşlar parka keçmək üçün yeraltı piyada keçidindən istifadə edərkən bu halla qarşılaşırlar. Bu səbəbdən onlar masaların arasından keçməyə məcbur qalırlar.

Məsələyə münasibət bildirən sakinlər bu vəziyyətdən narazılıq ediblər. Onların sözlərinə görə, ictimai istifadə üçün nəzərdə tutulan yerlərin bu formada bağlanması yolverilməzdir.

"Belə hallar artıq dəb halını alıb. Narazılıqlar bildirilsə də, tədbir görülmür. Əvvəllər belə şeylər obyekt sahibləri üçün çətin idi, indi isə pul verib istədiklərini edirlər", - deyə sakin bildirib.

Ətraflı Baku TV-nin süjetində:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru