ABŞ Rusiyanı yenidən hədələdi

Bu gün, 10:08           
ABŞ Rusiyanı yenidən hədələdi
ABŞ Ukrayna ilə münaqişənin sona çatmayacağı təqdirdə Rusiyaya qarşı sanksiyalar tətbiq edə biləcəyini xatırladıb.

Bu barədə “The Guardian” nəşri yazıb.

Məlumatda bildirilir ki, ABŞ Rusiyanı sülh yolu ilə nizamlanmaya doğru irəliləmək və Ukrayna ilə danışıqlar aparmaq zərurəti ilə bağlı xəbərdarlıq edib, sanksiyalar tətbiq etməklə hədələyib.

Qəzetin yazdığına görə, bu barədə BMT Təhlükəsizlik Şurasının avqustun 29-da keçirilən fövqəladə iclasında danışılıb.

Qeyd edək ki, bu iclas avqustun 27-dən 28-nə keçən gecə Rusiyanın Kiyevə endirdiyi zərbələrdən sonra çağırılıb.

ABŞ-nin BMT-dəki nümayəndəsi Con Kelli bildirib ki, son hücum Rusiyanın sülh istəyinin ciddiliyini şübhə altına alır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru