Yaxşı təhsil, uğursuz nəticə, keçmiş İlahiyyat fakultəsinin fəaliyyet prinsipi...

30-10-2018, 10:06           
Yaxşı təhsil, uğursuz nəticə, keçmiş İlahiyyat fakultəsinin fəaliyyet prinsipi...
Teref.az yazır ki, Azərbaycanda vətəndaşlara Ali təhsil nə verir, və ümumiyyətlə Ali məktəbə qəbul olmaq istəyən abuturyentlərin qebul olduqları Təhsil ocağının ona hansı gələcəyi hazırlaya biləcəyini nəzərde saxlaması vacib haldır. Ali məktəbi düzgün seçmək qəbul olmaq qədər çətin məsələ kimi görünür.
Bu haqda BDU İlahiyat fakultəsi məzunu Gülnar İbadova öz facebook statusunda maraqlı məsələlərə toxunub. O, Azerbaycanda İlahiyat sahəsində ciddi bir işsizlik olduğunu qeyd edib.
Xanımın toxunduğu haqlı nüanslardan biri də, yas mərasimlərində belə ilahiyatçıya ehtiyac duyulmaması və məscidlərdəki dini iayinləri həyata keçirdənlərin din bilgisinin orta səviyyənin altında olması və ya heç olmaması məsələsidir. Teref.az olaraq Gülnar xanımın statusunu təqdim edirik:

Qasım Bəy Zakirin təbiri ilə desək, "xəbər alsan bu vilanın əhvalın", biz BDU İlahiyat mezunlarının əhvalı bir az yaxşı görünmür. Bizler ərəb dili, fars dili ve ingilis dili dərslərini din dərsləri ilə bərabər gördük. Baxmayaraq ki, dil dərslərimiz "hər şeydən bir az" kateqoriyasına daha uygun idi, çünki ikinci kurslarda dərs metodu olmayan müəllimlərdən dərs gördüksə də, (buna səbəb zəif müəllimi işlətmək xatirinə ilkin kurslara təyin edirlər, çünki o müəllimin biliyi ilkin kurslara yetir) dördüncü beşinci kurslarda Tariyel Həsənov, Malik Qarayev kimi nəhənglərin dərsinə girdik. Bünövrəmizi kor edən müəllimlərdən sonra o nəhənglər belə istisnalar xaric, əksəriyyətə mükəmməl ərəbcə öyrədə bilmədi. Din dərslərinə gəlincə isə, Xalis Albayrak, Zekeriye Güler, Müjdat Uluçam, Seyfullah Sevim kimi yaxşı müəllimlərdən dərs aldıq və və o zamanlar Bakının hər təhsil ocağında olmayan gerçəkdən mükəmməl bir tədrislə həqiqi dini biliklərə yiyələndik.
Əksəriyyətimiz işsiz qaldıq. Bizlərdən profesional biznesçi, profesional əmlakçı, profesional jurnalist, profesional tərcüməçi, profesional bir çox şey ola bildi, amma profesional ilahiyatçı titulunu qazana bilmədik ve əksəriyyət universitet mezunu kimi fəaliyyət göstərməkdən məhrum oldu.
İlahiyat fakultəsində iş sahəsində başqa fakultə mezunları ilahiyat məzunlarına nəzərən daha çox üstünlük teşkil edirdisə də, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi "İlahiyat sahəsi ilahiyatçıların haqqıdır" teorisine daha çox,sadiq qaldı və bu yöndə daha çox yardımçı oldu.
İlahiyat mezunlarına orta məktəblərdə dərs yoxdur. Türkiye Diyanet Vakfı litseyi də mümkün qədər müraciət edənləri işlə təmin etdi. Bəs geriyə qalan çoğunluq?
Məscidlərə üz tutmaq istəyənlər isə tamamən başqa bir ab hava ilə qarşılaşdılar. Məscidlərdə "xüsusi təlim" görmüş mollalar onları "şər işlərin" yanına bele yaxınlaşdırmadı. Qadın ilahiyatçılara belə o şər məclislərində yer yox idi, axı biz Quran oxuyurduq, mərsiyə deməyi bilmirdik ! Millətə ağladan lazım gələli əsrlər olmuş, millet Quranı oxuyub da ne etsin?
Yeri gəlmişkən, bu yaxınlarda tanınmış bir alimin yasında iştirak etdim ve hörmət olaraq Qurani Kərimdən oxumaq istədim. Məclis zalınl mərsiyyələri ilə titrəden xanımdan Qurani Kərim istədikdə, mərsiyyə dolu bir dəftər qoydu önümə. Heyrətlə Quran yoxdurmu məclisdə soruşdum ve gerisini səs etmədim. Əzbər bildiklərimdən oxuduqda isə böyük bir kütlə dönüb mənə baxırdı. Bəli bizlər bu idik ! Hər birimiz bu idik ! Nəticəsi olaraq isə,
əksər bir ilahiyatçı kəsim olaraq, Zərdüştün Ahura Məzdaya yazdığı şeirdeki kimi, "De kimə üz tutum kimədir pənah" durumunda qaldıq.
Yaxşı ki, bazarlar, ticarət mərkəzləri, restoranlar, ətriyyat satışı kimi heç bir universitetdən məzun olmağa gərək qalmayan işlər vardı ki, onun sayəsində hər kəs evinə bir tikə çörək götürməyə müəssər oldu.
İndi universitetə qebul ola bilməyəndə intihar edən gənclər görürem doğrusu teeccüb edirəm. Buralarda hardan mezun olduğun çox da önemli bir şey deyil ezizlerim niye bunun üçün həyatınıza qıyırsınız?

Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.