Lənkəranskinin qətlində adı hallanan İsmayılovdan açıqlama

31-10-2018, 07:50           
Lənkəranskinin qətlində adı hallanan İsmayılovdan açıqlama
Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılov tərəfdaşlarının “qanuni oğru” Rövşən Canıyevin (Lənkəranski) qətlində iştirakı barədə mətbuatda yazılanları təkzib edib.

Teleqraf.com xəbər verir ki, İsmayılovun vəkili Marina Rusakova “TASS” agentliyinə açıqlamasında bildirib ki, İsmayılov barəsində yayılanlar həqiqətdən uzaqdır.

Qeyd edək ki, R.Lənkəranski 2016-cı ilin yazında İstanbulda qətlə yetirilib. Lənkəranskinin adı Ded Hasan ləqəbli Aslan Usoyanın ölümündə hallanıb.

Mətbuatda yazılanlara görə, T.İsmayılov R.Lənkəranskinin qətlini “Lotu Quli”yə sifariş verib.

T.İsmayılovun özü 2017-ci ilin noyabrında Moskvanın Basman məhkəməsi tərəfindən şərti həbs olunub. O, 2016-cı ildə iş adamları Vladimir Savkin və Yuri Brilevin ölümündə günahkar bilinir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru