Demokratiya orta yaş böhranı yaşayır?

1-11-2018, 07:27           
Demokratiya ölmür, amma heç gözləmədiyimiz bir orta yaş böhranı yaşayır.
Demokratiya orta yaş böhranı yaşayır?
Bu, Cambridge Universitetinin siyasət fakültəsinin başçısı David Runciman-nın fikridir. Runciman, ABŞ prezidenti Donald Trump, sosial media və davamlı artan iqtisadi parçalanmalar dövründə Qərb demokratiyasının mövcud vəziyyətini açıqlamağa çalışır.

Cambridge Fikirlər Festivalı elm, sənət və sosial elmlər sahəsindən olan böyük mütəfəkkirləri yüzlərlə müxtəlif tədbirdə iştırakçılarla bir yerə toplayıb.

Professor Runciman "Demokratiya Necə Sona Çatır?" (How Democracy Ends) adlı son kitabında müzakirə etdiyi demokratiya sisteminin çöküb-çökmədiyi ilə bağlı danışıb.

Siyasi zəlzələlər
Runciman-nın fikrincə, bu gün mövcud olan siyasi qeyri-müəyyənlik və narahatlıq hissi 2008-ci il qlobal iqtisadi böhranının nəticəsidir.

"Bu, böyük bir siyasi uğursuzluğun uzun müddət davam edən həllərindən biridir", o deyir.
Uzun müddətli iqtisadi sərsəmliyin arxasından ABŞ-da Donald Trump-ın prezident seçilməsi və Böyük Britaniyada Brexit referendumu kimi siyasi zəlzələlər də baş verdi.

Runciman "Beş il əvvəl bu cür hadisələr çox uzaq görünürdü. Kimsənin başa düşmədiyi bir dövrdən keçdiyimiz hiss var. Kimsə bunu təxmin edə bilməzdi. Bu hər şeyin sonudurmu? Xeyr! Ancaq insanların bundan sonra nə baş verəcək deyə soruşmasını yaxşı başa düşürəm", o deyir.

Rusiya seçkiləri: Qərb Putinin qələbəsini səssiz qarşıladı
Socar-ın Türkiyədə açdığı 6 milyardlıq zavod Azərbaycana nə vəd edir?
Lakin Runciman-nın fikrincə, Trump-ın prezident seçilməsi demokratiyaya ənənəvi yanaşmanın sonu kimi şərh edilməməlidir. Əksinə, Runciman demokratiyanın orta yaş böhranı yaşadığını düşünür.

Runciman-nın fikrincə, Trump-ın seçilməsi orta yaş böhranında satın alınmış parlaq rəngli bir motosiklet kimidir.
"Dəyişmədən dəyişiklik istəyirik", deyir Runciman.

Professorun fikrincə, seçkilərdə getdikcə "daha qəribə namizədlər" qalib gələ bilər. Bunun səbəbi isə siyasi təşkilatların sağlam olduğunu və həqiqi bir zərər almayacağını fikirləşməyimizdir.

"Trump-a səs veririk, çünki demokratiyanın dözümlü olduğunu və ona nə etsək də ayaqları üstündə dura biləcəyini düşünürük", Runciman söyləyib.

"Bu günün qəzəbli insanları ipoteka alıb Netflix seyr edən yaşlı insanlardır", Runciman deyir.

Bu gün qəzəbli insanlar ipoteka alıb Netflix seyr edir.

Professor Runciman 1930-cu illərdə milliyyətçiliyin və diktatorluğun yüksəlişi, bunun demokratlar üzərindəki siyasi gərginliklər və təzyiqləri ilə bu günkü vəziyyət arasında paralellik olduğu fikrini rədd edir.

"Rezonanslara aldanmayaq. 1930-cu illərdə reallıq necə idi bilmirik. Həddən artıq yoxsulluq vardı. Siyasət hərbiləşmişdi, gənclər silahlıydı və həddən artıq şiddət vardı". Avropa Birinci Dünya Müharibəsinin dəhşətləri səbəbiylə "travma sonrası stress pozuntusu" yaşayırdı.

Runciman-nın fikrincə, bunun müasir siyasi anlayışla əlaqəsi yoxdur.

Təhlükənin güc xəttləri
Runciman-a görə, demokratiyaya daha böyük və təxmin edilməyəcək təhlükə sosial media və böyük texnologiya şirkətlərindən gələcək.

"Bu, kimsənin ölçüsünü, sürətini və çətinliyini bilmədiyi bir gücdür".
"Demokratiya təbliğat və ya saxta xəbərlərlə mübarizə aparmağı həmişə bacarıb. Lakin 20 və ya 30 illərdə sistemdə həqiqi gücə nəzarəti itirə bilərik. Böyük texnologiya şirkətləri daha əvvəl heç görünməmiş bir gücə sahibdir", o deyib.

"Keçmişdə böyük sənayelər parçalana bilirdi, amma indi texnologiya şirkətləri siyasət də daxil həyatın hər mərhələsinə daxil olur".

"Əgər biri Google-u məğlub etmək istəyirsə, bunun üçün Google-a baxmağı lazımdır".

Sosial media ilə yanaşı, siyasətin, əyləncənin və realiti-şouların sərhədlərini bulandıran media mənzərəsinin dəyişməsi də əsas məsələlərdən biridir.

"Rifah, sabit cəmiyyətlər"
Müharibədən sonrakı illərdə liberal Qərb demokratiyası rifah səviyyəsini yüksəldərək inkişaf etdi. Professor Runciman deyir ki, əsas bilinməyən, insanlar yoxsullaşdıqca demokartiyanın necə inkişaf edəcəyidir. Bu, illərlə sabit bir maaşla işləyən insanları siyasi məqsədlərə itələyə bilər.
Runciman "Tarixi dəlillər iqtisadi inkişaf olmadan demokratiyanın əziyyət çəkdiyini göstərir. Əgər insanlar rifah hiss etmirsə, daha kənarda qalmış siyasətçiləri axtarırlar", deyib.

Yoxsul ölkələrdə bu siyasi həllərə səbəb ola bilər. Bu nisbətən daha sabit Qərb ölkələrində inqilabdan çox bir xəyal qırıqlığı yarada bilər.

"Rifahı yüksək, amma sabit cəmiyyətlər yaxşı işləməyən demokratlarla uzun müddət irəli gedə bilərlər. Biz bunun başlanğıcında ola bilərik".

Runciman-nın fikrincə, demokratiyanın dözümlülüyü insanları onu qorumaq və inkişaf etdirmək istiqamətində tənbəlliyə itələyir.

"Bu yorğun bir sistemdir və böyük problemlərlə bacarmaq üçün mübarizə aparır, amma çat verib parçalanmayacaq. Biz yerli, milli və beynəlxalq səviyyədə siyasətin necə daha yaxşı işləyəcəyini fikirləşə bilərik".

Buna rəğmən, Qərb demokratiyası sistemləri dəyişdirmək yerinə liderləri dəyişdirir.

Runciman "başqa bir təlxəyi slnaqdan keçirin" deyir.
BBC












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.