!-ci Qarabağ savaşında iştirak etmiş hərbi hissələr - Siyahı və qısa tanışlıq...

6-11-2018, 21:34           
!-ci Qarabağ savaşında iştirak etmiş hərbi hissələr - Siyahı və qısa tanışlıq...
Bu siyahı 1992-ci ilin İyun ayını əhatə edir. Ərazi özünü müdafiə batalyonları 1992-ci ilin Aprel ayından briqadalara tabe edilmişdilər və döyüş məsələlərində briqada komandirlərinə tabe idilər. 1992-ci ilin İyul ayında nizami ordu quruculuğu prosesinə uyğun olaraq Müdafiə Naziri Rəhim Qazıyev könüllü özünümüdafiə dəstələrinin nizami ordu hərbi hissələrinə daxil edilmələri haqqında əmr verdi. 1992-ci ilin Avqust ayından başlayaraq könüllü özünümüdafiə hərbi hissələri, batalyon və dəstələri briqadaların tərkibinə ştat batalyonlar kimi daxil edildilər. Adı gedən briqadaları cavabdeh olduqları müdafiə zonalarına uyğun olaraq qeyd etmişəm.

Onu da qeyd edək ki, belə bir addım ilk dəfədir ki, biz tərəfindən atlır, yəni bu işin ideya müəllifləri bizik. Bu işdə əməyi keçən qazilərimizə, başda Nazim Bayramov olmaqla, Nurəddin Xoca, Tofiq Cəfərov, Camal Əhmədov, Vaqif Əlisoy, Arif Paşayev, Balay Nəsibov, Tərlan Eyvazov, Mehdi Cavadov və sabiq müdafiə naziri Rəhim Qazıyevə öz minnətdarlığımızı bildiririk.

BRİQADALAR 701 saylı briqada - komandir Zaur Rzayev (Kəlbəcər) 702 saylı briqada - komandir İsa Qasımov (Füzuli-Cəbrayıl-Xocavənd) 703 saylı briqada - komandir Nəcməddin Sadıqov (Goranboy-Tərtər-Ağdərə) 704 saylı briqada - komandir Elbrus Orucov (Şuşa-Laçın) 705 saylı briqada - komandir Fərman Əliyev (Naxçıvan) 706 saylı briqada - komandir Nüsrət Namazov (Qubadlı-Zəngilan) 707 saylı briqada - komandir İsa Sadıqov (Qazax-Tovuz-Gədəbəy) 708 saylı briqada - komandir Talıb Məmmədov (Ağdam) 123 saylı zərbə-həmlə alayı - komandir Rəsul Süleymanov 811 saylı Laçın alayı - komandir Arif Paşayev Xüsusi Təyinatlı Milis Dəstəsi (OMON) – komandir Rövşən Cavadov

BATALYON VƏ HƏRBİ DƏSTƏLƏR 809 saylı əlahiddə tabor - komandir Asif Süleymanov 844 saylı Kəlbəcər Xalq Cəbhəsi Batalyonu – komandir İlham Həsənov 710 saylı batalyon - komandir Nəriman Zeynalov 711 saylı batalyon - komandir Qorxmaz Qarayev 712 saylı batalyon - komandir Balay Nəsibov 713 saylı batalyon - komandir Süleyman Əhmədov 714 saylı batalyon - komandir Çingiz Əliyev

701 saylı briqada Müdafiə Nazirliyinin əmri ilə 9 Oktyabr 1991-ci ildə Şıxov batalyonunun əsasında yaradıldı. Bridaqa 8 Dekabr 1991-ci ildə Şəhidlər Xiyabanında andiçmə mərasimindən dərhal sonra Kərkicahan qəsəbəsinin müdafiəsinə göndərildi. 25 Yanvar 1992-ci ildə bu hərbi hissə Daşaltı əməliyyatında iştirak edərkən xeyli itki verdi. 1992-ci ilin uğurlu yay hərbi kompaniyasında Tərtər-Kəlbəcər yolunun erməni işğalından azad edilməsində iştirak etdi və sonralar Laçın dəhlizinin ələ keçirilməsində 701-ci briqada Kəlbəcər istiqamətindən (şimaldan) Laçına daxil olaraq bir neçə yaşayış məntəqəsini azad etdi. Briqada 1992-ci ilin ortalarından 1993-cü ilin ortalarına qədər Kəlbəcər-Laçın zonasında dislokasiya edildi. Sonralar (1993-1994) Ağdam və Füzuli rayonlarında müdafiə döyüşlərində iştirak etdi. 1991-ci ilin Oktyabr ayında yaradılan Kəlbəcər ərazi müdafiə batalyonu az sonralar 809 saylı tabor adlandırıldı. 1992-ci ilin May ayında bu batalyon 701 saylı briqaya 712 nömrəli batalyon kimi daxil edildi. Sonralar briqadanın tərkibində 3-cü tabor adı altında döyüşlərdə iştirak etdi. Yuxarıda adı gedən batalyonlar 1992-ci ilin Avqust ayında 701 saylı briqadaya daxil edildi. Bu batalyonlardan əlavə Azərbaycan Milli Ordusunun həmin ərəfədə komandir Viktor Mudrakın rəhbərliyi ilə 1 desant batalyonu da var idi.

20 May 1992-ci ildə sırf hücum əməliyyatları üçün Müdafiə Nazirliyinin əmri ilə 123 saylı həmlə alayı yaradıldı. Bu həmlə-zərbə alayı briqadalardan fərqli olaraq daimi müdafiə ərazisi olmayan və yalnız hücum əməliyyatlarında iştirak edən hərbi hissə idi. Alayın tərkibində 2000 nəfərə yaxın döyüşçü olmaqla 5 batalyon döyüşürdü. Birinci batalyon şəhid Xosrov Əhmədovun komandanlığı altında əfqan veteranlarından ibarət idi. İkinci batalyon isə komandir Murad Qurbanovun rəhbərliyi altında (Kobra Murad) AXC-nin Borsunluda yerləşən dəstəsi idi. Üçüncü batalyon kapitan Hümbət Əliyevin komandiri olduğu batalyon, dördüncü batalyon isə Mehman Ələkbərovun Gəncə batalyonu idi. Alayın tank batalyonu isə Nazim Bayramovun komandiri olduğu OMON-un çevik zirehli dəstəsi əsasında yaradıldı. Alayın komandiri əvvəlcə mayor Mehman Şirinov, sonralar isə polkovnik Rəsul Süleymanov oldu. 123-cü alay 1 Aprel 1993-cü ildə ləğv edildi və alayın döyüşlərdən sağ qalan heyəti yeni yaradılan 709 saylı briqadaya daxil edildi (komandir Eldar Əliyev). 1993-cü ilin Oktyabr ayında 709-cu briqadanın əsasında 181 saylı hərbi hissə yaradılaraq döyüş bölgəsinə göndərildi.

Xüsusi Təyinatlı Milis Dəstəsi (OMON) 1990-cı ilin Oktyabrında mütəşəkkil cinayətkarlıqla mübarizə məqsədilə DİN nəzdində yaradılmışdı. OMON-un ilk komandiri peşəkar polis işçisi Əbil Rzayev idi. O təxminən 1 il XTMD-ə komandanlıq etmiş və bu müddət ərzində Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçmiş, Qarabağ müharibəsində ilk hərbi uğurumuz olan Çaykənd əməliyyatı həyata keçirilmiş, nəticədə Azərbaycan SSR-də baş qaldıran erməni separatizminin qarşısı alınmış, Qarabağda azərbaycanlı əhalinin təhlükəsizliyi təmin edilmişdi. Sonralar OMON Daşaltı, Ağdərə, Horadiz, Fərrux və başqa uğurlu döyüş əməliyyatlarında iştirak etmiş, sıralarından onlarla milli qəhrəman çıxmışdır. 1991-ci ilin Noyabrında Rövşən Cavadov XTMD-nin komandiri təyin ediləndən sonra bu dəstənin fəallığı daha genişlədi. 123 saylı hücum alayı kimi OMON da daimi müdafiə ərazisi olmayan, sırf hücum əməliyyatlarına gedən hərbi dəstə idi. 1995-ci ildə bu dəstə ləğv edilmiş və qoca tarixin arxivinə qarışmışdır.

720 saylı batalyon – komandir Akif Məmmədov 721 saylı batalyon – komandir Aybar Vəliyev 722 saylı hərbi hissə - komandir Lətif Hüseynov 723 saylı batalyon – komandir Vahid Osmanov 702 saylı briqadanın artilleriya divizionu – komandir Asim Qazəliyev 702-ci briqadanın tank batalyonu - komandir Ramiz Məmmədov 727 saylı zenit-raket artilleriya divizionu - komandir Ələsgər Vəliyev 771 saylı batalyon – komandir Əzizağa Qənizadə 776 saylı batalyon – komandir Eldar Ağayev 805 saylı Cəbrayıl ərazi müdafiə batalyonu - komandir Kamil Vəliyev "Ziyalı" batalyonu - komandir Mahir Həsənov 814 saylı Füzuli özünü müdafiə batalyonu – komandir Mobil Yusifov 831 saylı Xocavənd özünü müdafiə batalyonu – komandir Əbülfət Hüseynov 839 saylı Tuğ özünü müdafiə batalyonu – komandir Rasim İbrahimov 848 saylı Axullu özünü müdafiə batalyonunu – komandir Zahir Həsənov 849 saylı Beyləqan özünü müdafiə batalyonu - komandir Elçin Hüseynov Ağcabədi özünü müdafiə batalyonu - komandir Tofiq Cəfərov 922 saylı hərbi hissə - komandir Qasım Ramazanov Qoçəhmədli özünümüdafiə dəstəsi

Bu batalyonlar 1992-ci ilin Avqust ayında 702 saylı briqadaya daxil edildi. Cəbrayıl rayonunda ilk batalyon olan 805 saylı ərazi müdafiə batalyonu 1991-ci ilin Noyabr ayında hələ 1988-ci ildən fəaliyyət göstərən könüllü dəstənin əsasında yaradıldı. 1 İyun 1992-ci ildə bu batalyon 722 saylı hərbi hissəyə çevrildi. 1 yanvar 1993-cü ildə isə 722 saylı hərbi hissə 896 saylı hərbi hissə adlandırıldı. Hərbi hissənin ilk komandiri Heydər Piriyev, sonralar Mahir Həsənov oldu. 1992-ci ilin Aprel ayında Vahid Alışovun rəhbərliyi ilə Cəbrayıl Daxili İşlər Şöbəsinin nəzdində "Ziyalı" batalyonu yaradıldı. 722-ci hərbi hissənin tərkibində Tariel Şirinovun komandanlığı altında İmişli könüllü dəstəsi (Küdrü Qartalları) də iştirak edirdi.

1-ci Goranboy batalyonu - komandir Azərbaycanın Milli Qəhramanı Məhəmməd Həsənov 2-ci Goranboy batalyonu - komandir Azərbaycanın Milli Qəhramanı Rasim Əkbərov Xanlar batalyonu- komandir Saleh İlyasov 778 saylı xüsusi təyyinatlı batalyon – komandir Viktor Mudrak 235 saylı batalyon – komandir Rəsul Süleymanov 224 saylı batalyon – komandir Camal Əliyev 733 saylı Bərdə özünü müdafiə batalyonu – komandir Elçin Əliyev Bərdə Azadlıq özünü müdafiə batalyonu – komandir Ələmşah Məmmədov Milli Qurtuluş batalyonu – komandir Azərbaycanın Milli Qəhramanı Şahin Tağıyev Mingəçevir-1(MB-1) batalyonu – komandir Alı Yahyayev Mingəçevir-2(MB-2) batalyonu – komandir Şaiq Mustafayev 813 saylı Tərtər özünü müdafiə batalyonu – komandir Sərdar Həmidov Goranboy özünü müdafiə batalyonu – komandir Tacir Adıgözəlov Boz Qurd rezerv-həmlə batalyonu – komandir Nurəddin İsmayılov Babək-44 batalyonu - komandir Abuzər Mirzəyev 130 saylı hərbi hissə - komandir Fikrət Məmmədov 772 saylı batalyon - komandir İlqar Qəhrəmanov

Bu batalyonlar 1992-ci ilin Avqust ayında 703 saylı briqadaya daxil edildi. 776 və 778 saylı batalyonlar isə hərbi hissə kimi formalaşdırıldı. "Boz Qurd" batalyonu Daxili İşlər Naziri İsgəndər Həmidovun şəxsi sərəncamında idi və heç bir briqadaya tabe deyildi. 130 saylı hərbi hissə 1993-cü ilin oktyabr ayında yaradılaraq cəbəhəyə göndərildi və 1993-1994-cü illərin qış əməliyyatlarında iştirak etdi.

777 saylı batalyon - komandir Elçin Məmmədov Şuşa ərazi müdafiə batalyonu - komandir Fəxrəddin Səfərov Azərbaycan Qarabağ Könüllü Batalyonu - komandir Tofiq Oğuz 872 saylı Yevlax özünü müdafiə batalyonu – komandir Cəlal Verdiyev Şuşa Rayon Xalq Cəbhəsi Batalyonu – komandir Ramiz Qəmbərov Kərkicahan özünümüdafiə batalyonu - komandir İslam Quliyev 864 saylı batalyon - komandir Nail Kazımov 23 saylı Quba-Qusar özünü müdafiə batalyonu - komandir Əli Eyvazov

Bu batalyonlar 1992-ci ilin Aprel ayında 704 saylı briqadaya daxil edildi. 1992-ci ilin May ayında Şuşa və Laçın rayonları ermənilər tərəfindən işğal ediləndən sonra 704 saylı briqadaya tabe olan batalyonlar Naxçıvan, Zəngilan və Cəbrayıl rayonlarına göndərildi. 704 saylı briqada isə 1992-ci ilin İyun ayında 820 saylı Lənkəran alayının bazasında yenidən formalaşdırılaraq əvvəlcə Füzuli, sonra isə Ağdərə rayonuna dislokasiya edildi. Bu briqada komandir Fəxrəddin Həbibovun rəhbərliyi altında Azərbaycan ordusunun 1992-ci ilin uğurlu yay hərbi kompaniyasında Ağdərə cəbhəsindəki hücumlarda iştirak etdi. 1993-cü ilin Avqust ayında 704 saylı briqadanın tərkibində 741 saylı hərbi hissə də (Göytəpə alayı) yaradılaraq Xocavənd ərazisinə göndərildi. Üç aylıq döyüşdən sonra bu hərbi hissə komandir Məhərrəm Seyidovun komandanlığı ilə Tərtər cəbhəsinə dislokasiya edildi. 23 saylı Quba-Qusar batalyonu 1993-cü ilin sonlarında yaradıldı və qış əməliyyatları zamanı Horadiz istiqamətindəki hücumlarda iştirak etdi.

1992-ci ilin Sentyabrın 15-də Naxçıvan MR-da Fərman Əliyevin komandanlığı ilə üç əlahiddə özünümüdafiə taborunun əsasında 705 saylı motoatıcı briqada yaradıldı. 1995-ci ildə bu briqada motoatıcı diviziyaya çevrildi. 1998-ci ildə isə həmin diviziyanın tərkibində ordu korpusu formalaşdırıdı. Bu briqadadan başqa həmin dövrdə Naxçıvan MR-da Şahmərdan Cəfərovun rəhbərliyi altında Naxçıvan Sərhəd Dəstəsi də fəaliyyət göstərirdi.

Qıvraq Əlahiddə Taboru - komandir Rüfət Ruhullayev Culfa Əlahiddə Taboru Naxçıvan Əlahiddə Taboru Naxçıvan Sərhəd Dəstəsi - komandir Şahmərdan Cəfərov

Qubadlı rayonunda ilk dəfə 1991-ci ilin Oktyabr ayında 810 saylı özünümüdafiə batalyonu yaradıldı. Bu batalyonun komandiri 1991-ci ilin Oktybar ayından 1992-ci ilin May ayına qədər Dağbəyi Məhyəddinov oldu. 1992-ci ilin May ayından etibarən batalyona şəhid Milli Qəhraman Əliyar Əliyev komandanlıq etməyə başladı. 1991-ci ilin Oktyabrın 9-da Zəngilanda ilk olaraq 806 saylı ərazi özünümüdafiə batalyonu yaradıldı. 10 Dekabr 1992-ci ildə bu batalyonun əsasında Firudin Şabanovun rəhbərliyi altında 865 saylı hərbi hissə (Zəngilan alayı) formalaşdırıldı. 851 saylı batalyon - komandir Adil Həşimov 843 saylı batalyon - komandir Dağbəyi Məhyəddinov 846 saylı batalyon - komandir Aydın Şükürov 806 saylı Zəngilan özünümüdafiə batalyonu 865 saylı hərbi hissə - komandir Firudin Şabanov

Bu batalyonlar 1992-ci ilin Avqust ayında 706 saylı briqadya daxil edildi.

Tovuz batalyonu - komandir Etibar Əmiraslanov Şəmkir batalyonu - komandir Cahangir Rüstəmov Gədəbəy özünümüdafiə batalyonu Daşkəsən batalyonu 171 saylı hərbi hissə

Bu batalyonlar 1992-ci ilin Avqust ayında 707 saylı briqadaya daxil edildi.

Qeyd edək ki, Azərbaycan müstəqillik qazandıqdan sonra ilk müstəqil batalyonu milli qəhraman Şirin Mirzəyev yaratdı. Bu hələ Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılması haqqında verilən prezident sərəncamından (09.10.1991) təxminən bir ay əvvəl əsası qoyulmuş Ağdam Ərazi Özünümüdafiə batalyonu idi. 1992-ci ilin Aprel ayında bu batalyonun bazasında 836 saylı alay yaradıldı. Polkovnik-leytenant Şirin Mirzəyev alayın komandiri oldu. Ağdam ərazi özünümüdafiə batalyonununa isə Natiq Camalov komandanlıq etməyə başladı.

836 saylı Ağdam özünü müdafiə alayı - komandir ölümündən sonra Azərbaycanın Milli Qəhramanı polkovnik-leytenant Şirin Mirzəyev 868 saylı Qatır Məmməd adına Ağdam özünü müafiə batalyonu- komandir Yaqub Rzayev 845 saylı Eldar Bağırov adına Ağdam özünü müdafiə batalyonu- komandir ölümündən sonra Azərbaycanın Milli Qəhramanı Allahverdi Bağırov 859 saylı Ağdam mühəndis-istehkam batalyonu- komandir ölümündən sonra Azərbaycanın Milli Qəhramanı Asif Məhərrəmov 18112 saylı batalyon - komandir Xudu Xuduyev 44060 saylı batalyon - komandir Camal Əhmədov Kötəl batalyonu - komandir Ərşad Nadirov Qiyaslı batalyonu - komandir Ədalət Zeynalov 20 Yanvar batalyonu - komandir Məmməd Məmmədov Papravənd rotası - komandir Həsən Sarıyev

Bu batalyonlar 1992-ci ilin Avqust ayında 708 saylı briqadaya daxil edildi. Əlavə olaraq Ağdam rayonunda 1992-ci ildə komandir Mətləb Mustafayev Milli Qəhraman Allahverdi Bağırov adına Artilleriya divizionu yaratmışdı və onun müavini Tofiq Uğurluyev idi. Sonralar Mətləb Mustafayev "Fədailər" dəstəsinin komandiri olduğuna görə Artilleriya Divizionunun komandiri Milli Qəhramanımız Elbrus Allahverdiyev oldu. Bu batalyonlardan başqa aşağıda adı keçən Ağdamın polis dəsətələri də (DİN) Qarabağ savaşında iştirak edirdi. Ağdam polis batalyonu - komandir Faiq Baxşəliyev Daxili qoşunlar alayı - komandir Fəhmin Hacıyev. Daxili Qoşun qüvvələrinin tərkibində könüllü dəstə də var idi ki, bu dəstəyə mayor Nizami Səfərov başçılıq edirdi. Ağdamda Daxili Qoşunlar üzərində ümumi komandanlıq DQ-nin texniki hissə üzrə müavini Sabir Şabanova verilmişdi. Polis polku - komandir Fətulla Hüseynov (Qara polkovnik)

REYD DƏSTƏLƏRİ

1992-ci ilin Mart-May aylarında Müdafiə Nazirliyinin Baş Qərargah Rəisi Şahin Musayev və Operativ Şöbənin Rəisi Rasim Muxtarovun təşəbbüsü ilə hər birində 120 döyüşçü olmaqla 6 reyd dəstəsi yaradıldı (771, 772, 773, 774, 775 və 776 saylı reyd dəstələri). Bu dəstələrin yaradılmasında məqsəd Qarabağda döyüşlər gedən vaxtı qısa müddət ərzində bu dəstələri yaradıb sonra onları daha böyük hərbi hissələrə çevirmək idi. Bu reyd dəstələrinin müharibə zamanı hansı rayonlarda döyüş yolu keçdiklərini yuxarıda qeyd etdiyimizdən, burda buna geniş yer verməyə ehtiyac duymuruq. 1992-ci ilin ortalarında 772, 776 və 476 saylı reyd dəstələrinin əsasında 3 əlahiddə kəşfiyyat taboru yaradıldı.

Onu da qeyd edək ki, 1989-cu ilin sonları və 1990-cı ilin əvvəllərində Ermənistanla sərhədyanı ərazilərdə etnik toqquşmalar, ermənilərin vaxtaşırı sərhəd rayonlarımıza hücumları Bakı Dövlət Universitetinin tələbələrini tələbə rotaları yaratmağa vadar etdi. BDU tələbələri könüllü rotalar yaradaraq Qubadlı və Laçın rayonlarına ezam olundular. BDU tələbə rotası (Laçın) - komandir Əli Kərimli BDU tələbə rotası (Qubadlı) - komandir Qənimət Zahid

Ümumiyyətlə götürdükdə isə 1988-ci ildə Qarabağda erməni işğalı yenicə vüsət alan zaman ilk könüllü dəstə Xocavəndin Muğanlı kəndində yaradılan Muğanlı özünümüdafiə dəstəsi idi. 1989-1991-ci illərdə Qarabağda erməni hücumlarının qarşısını almaq məqsədilə Kəlbəcər rayonunun İmarət-Qərvənd və Çərəkdar-Ağdaban özünümüdafiə dəstələri də təşkil edilmişdi. Bu dəstələrin tərkibində yerli döyüşçülərlə yanaşı Yevlax və Salyan AXC üzvləri də var idi.
Yashar Huseynov












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.