Yoxa çıxan 8 MƏŞHUR
10-12-2018, 07:18
Demək olar hər gün dünyanın müxtəlif hissələrində insanlar yoxa çıxırlar. Bəziləri sonradan tapılsa da, bəzilərinin taleyi eləcə də müəmmalı qalır.
Ən müxtəlif təbəqəyə, yaş kateqoriyasın aid insanlar itkin düşür. Onların arasında eləcə də məşhurlar olur.
İnsider.az yoxa çıxmış 8 məşhuru təqdim edir:
1.Maykl Rokfeller
Məşhur siyasətçi və bankir Nelson Oldriç Rokfellerin oğlu olan amerikalı etnoqraf və antropoloq, alim Maykl Rokfeller Yeni Qvineyaya ekspedisiya zamanı itkin düşüb.
Maykl Rokfellerin başına nə iş gəldiyi indiyədək naməlum qalıb. Çoxları düşünür ki, o, çayda boğula və ya timsillahlara yem ola bilməzdi. Ən geniş yayılmış versiyaya görə, Rokfeller asmatlar tərəfindən öldürülərək yeyilib.
Missiyası asmatların məskunlaşdığı ərazinin yaxınlığında yerləşən xristian missioneri Yan Smitin sözlərinə əsasən, o, aboriqenlərin itkin düşmüş tədqiqatçının paltarını apardığını görmüşdü, üstəlik onlar Maykla mənsub ola biləcək sümükləri də ona göstərmişdilər.
2. Raul Vallenberq
İsveçli diplomat Raul Vallenberq Holokost zamanı on minlərlə Macarıstan yəhudilsinin həyatını xilas edib. Sovet ordusu Budapeştə daxil olduqdan sonra saxlanılaraq gizli şəkildə Moskvaya ötürülüb.
O, özünün diplomat statusundan istifadə edərək, çoxlu sayda yəhudiyə “qoruyucu pasport” vermişdi. Bu pasport onlara repartasiya gözləyən İsveç vətəndaşı statusu verirdi.
O, hərbi cinayətə görə cəzalandırmaqla hədələyərək, bəzi alman generallarını Hitlerin yəhudilərin ölüm düşərgələrinə aparılmaqları ilə bağlı əmrlərini yerinə yetirməməyə məcbur edə bilirdi.
Beləliklə, o, Qırmızı Ordu şəhərə daxil olmamışdan bir neçə gün öncə Budapeşt gettosunun məhv edilməsinin qarşısını almışdı. Əldə olan məlumatlara əsasən, o, 100 min Macar yəhudisini xilas edə bilmişdi.
Sübut olunur ki, Vallenberq Budapeştdən Moskvaya gətirilərək, Lübyanka dustaqxanasında saxlanılırdı.
Həmin dustaqxanada olan alman əsirlərinin verdikləri ifadələrdə bildirilir ki, onlar Vallenberqlə dusxtaqxana teleqrafı vasitəsilə 1947-ci lə qədər əlaqə saxlayıblar. Onların sözlərinə əsasən, sonra Raulu harasa yollayıblar.
Vallenberq yoxa çıxdıqdan sonra İsveç tərəfi onun yeri ilə bağlı bir neçə sorğu yollasa da, Sovet tərəfi belə bir məlumata malik olmadığı bildirmişdi.
3. Cimmi Hoffa
Ceyms Hoffa müəmmalı şəkildə yoxa çıxan amerikalı həmkarlar ittifaqının lideridir. Onun yoxa çıxmağı ətrafında xeyli şayiə yaranıb.
1964-cü ildə Hoffa məhkəmə iclasçısına rüşvət verməkdə təqsirli bilinərək, 15 il müddətinə azadlıqdan məhrum olmaya məhkum edilmişdi.
Növbəti üç il ərzində Hoffa məhkəmə qərarını ləğv etməyə çalışsa da, 1967-ci ildən dustaqxanaya yerləşdirilir.
ABŞ prezidenti Riçard Nikson Hoffanın həbs müddətini artıq çəkmiş olduğu müddətə qədər endirdikdən sonra 1971-ci il dekabrın 31-də Hoffa dustaqxanadan çıxır. Lakin o, həmkarlar ittifaqında çalışmamalı idi.
Hoffa 1975-ci il iyulun 30-da 14:45-dən sonra yoxa çıxıb. Onu sonuncu dəfə Detroyd yaxınlığında yerləşən restoranın dayanacağında görmüşdülər, bundan öncə isə o, yoldaşına zəng edərək aldanıldığını bildirmişdi.
Məlumata əsasən, Hoffa restoranda iki mafiozi və həmkarlar ittifaqının sabiq üzvləri Entoni Provenzano və Entoni Cakalone ilə görüşməli idi, lakin həmin gün hər ikisi Detroyddan uzaqda idilər.
Hoffa həmin axşam evə qayıtmadıqda, yoldaşı polisə müraciət etmişdi, onun avtomobili isə dayanacaqda aşkarlanmışdı.
4. Siqizmund Levanevskiy
Siqizmund Levanevskiy 1930-cu illərdə çox uzaq məsafələrə uçuşlar həyata keçirən Sovet təyyarəçisi, Sovet İttifaqının ikinci Qəhrəmanıdır (1934-cü il).
1937-ci il avqustun 12-də göyərtə nömrəsi H-209 olan dörd mühərrikli “ДБ-А” təyyarəsi Levanevskinin rəhbərliyi altında altı nəfərdən ibarət heyətlə Moskvadan Ferbenksə (ABŞ, Alyaska ştatı) uçuş etmişdi.
Bu, həmin layihənin ilk maşınlarından idi, demək olar eksperimental hesab olunurdu. Təyyarə ilə əlaqə avqustun 13-də onlar Şimal qütbünü keçdikdən sonra 17:58-də kəsilmişdi.
Levanevskiy sağ kənar mühərrikin sıradan çıxmağı və pis meteoşərait barədə məlumat verməyi çatdırmışdı.Təyyarə yoxa çıxdıqdan sonra yalnız SSRİ-i deyil, ABŞ tərəfi də axtarışlara başlasa da, heç bir nəticə əldə olunmamışdı.
5. Vladimir Aleksandrov
Vladimir Aleksandrov Sovet alimi, “nüvə qışı”-nın riyazi modelinin müəllifidir. 1985-də ildə Madriddə beynəlxalq konfransa ezamiyyət olunarkən yoxa çıxıb.
O, işləyib hazırladığı metodları nüvə müharibəsinin iqlim nəticələrinin analizində istifadə edirdi və “nüvə qışı” konsepsiyasının ilk yaradıcılarından biri oldu. Nəticələr bir neçə beynəlxalq konfransda açıqlanırdı və böyük ictimai rezonansa səbəb olurdu.
Aleksandrov 1985-ci ildə Kordovaya (İspaniya) konfransa dəvət aldı. Aprelin 1-də Madridin küçələrini gəzmək üçün hoteldən çıxır və bir daha geri qayıtmır.
6.Lui Leprens
Lui Leprens hərəkətdə olan obyekti çəkmək üçün nəzərdə tutulan bir obyektivli və elastik rulon daşıyıcılı ilk xronofotoqrafiq kameralardan birinin yaradıcısıdır.
Leprens tərəfindən yaradılmış qurğular kinoçəkiliş apparatlarının ilk prototipləri hesab olunur.
ABŞ-a yollanmamışdan bir neçə gün qabaq Leprens dostlarına və qohumlarına baş çəkməyə gedir. O, 1890-cı il sentyabrın 13-də Burjdan çıxaraq Dijona qardaşının yanına yollanır.
İxtiraçı sentyabrın 16-da Parisə qayıtmalı idi, lakin Lepreni qarşılayan dostları onu qatarda tapa bilmədilər.
Fransa polisi tərəfindən başlanılan axtarış tədbirləri isə heç bir nəticə vermədi. Leprensi bir daha görən olmadı. Qatardakı sərnişinlər də onu xatırlaya bilmədilər. Leprensin yoxa çıxması hələ də müəmmalı olaraq qalır.
7. Rudolf Dizel
Rudolf Dizel alman mühəndisi və ixtiraçı, dizel mühərrikinin yaradıcısıdır.
Dizel 1898-ci il yanvarın 1-də dizel mühərrikləri istehsal edən şəxsi zavadonu açır.
1936-cı ildə ilk dəfə olaraq dizel mühərrikli avtomobillər seriyası buraxılmışdı. “Dizel mühərrikinin yaradılması” kitabında Rudolf Dizel öz ixtirasının ərsəyə gəlməsini təsvir edib.
1913-cü il sentyabrın 29-da Rudolf Dizel “Drezden” paroxodunda Antverpendən Londona Britaniyanın “Consolidated Diesel Manufacturing Co” şirkətinin yeni zavodunun açılışına yola düşür.
Lakin paroxodun qeydiyyat jurnalında Dizel soyadlı şəxs qeydiyyatdan keçməmişdi.
Rudolf yaxşı əhval-ruhiyyədə idi, lakin o, axşam öz kayutuna yollandıqdan sonra, onu heç kim görməmişdi. Səhəri gün Dizelin kayutunda yalnız onun plaşı və şlyapası aşkarlanmışdı.
8.Ameliya Erhart
Ameliya Erhart məşhur amerikalı yazıçı və aviasiyanın pionerlərindən idi.
O, Atlantik okeanı üzərindən uçan ilk qadın pilot olub və uçuş xidmətlərinə görə Xaçla təltif olunub.
Erhart öz uçuşları haqqında bir neçə bestseller yazıb və qadın pilotları təşkilatı olan “Doxsan doqquz”un yaradılmasında böyük rol oynayıb, eləcə də onun ilk prezidenti olub.
1937-ci ildə “Lokhid Model 10 Elektra” iki mühərrikli yüngül nəqliyyat və sərnişin təyyarəsində dövr-aləm səyahəti zamanı Erhard Sakit okeanın mərkəzi hissəsində, Haulend adası yaxınlığında yoxa çıxıb.
Onun həyatı və karyerası hələ də tarixçilərin diqqətini cəlb etməkdə davam edir.
Nigar Orucova