2500 yaşı olan tapıntı: mayalıların hamımı belə olub - Foto

13-01-2019, 10:45           
2500 yaşı olan tapıntı: mayalıların hamımı belə olub - Foto
Polşalı arxeloqlar Qvatemala ərazisində yerləşən və Maya svilizasiyası tərəfindən inşa edilən Nakuma şəhərinin xarabalıqlarında 2500 il bundan əvvələ aid hamam aşkar ediblər.

Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, arxeloqlar əvvəlcə tikilinin hamam olduğunu başa düşməyiblər. Onlar məzarlıq aşkar etdiklərini düşünüblər. Qazıntıları davam etdirdikdən sonra isə tapıntının hamam olduğu dəqiqləşib.

Alimlər hesab edir ki, hamamdan Nakum öz inkişafının zirvəsində olduğu dövlərdə - bizim eradan əvvəl 700-300-cü illərdə istifadə olunub. Onların fikrincə, hamam yalnız gigiyenik məqsədlər deyil, həm də bir sıra rituallar üçün istifadə edilib. Belə ki, qədim mayalılar hamama gələn hamilə qadının doğuşu yüngül keçirdiyini hesab ediblər. Həm də Maya mifologiyasında mağaralarla yanaşı, hamamlar da allahların və ilk insanların yarandığı yer hesab olunur. Buxar hamamları Allah və əcdadların məskunlaşdığı yeraltı dünyaya giriş sayılırdı. Bəzi miflər isə mağara və hamamları məhsuldarlıq və bərəkətlə əlaqələndirirlər.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru