Yatmadan əvvəl bu qidaları qəbul edin – Səbəbi isə…

16-01-2019, 07:08           
Yatmadan əvvəl bu qidaları qəbul edin – Səbəbi isə…
Dietoloqlar və qidalanma mütəxəssisləri axşamlar müəyyən saatdan sonra yeməkyemə vərdişinin aradan qaldırılmasını məsləhət görürlər.
Aşağıda təqdim edəcəyimiz qidalar isə əksinə olaraq gecələr fəaliyyətə keçir və orqanizmin daha rahat yuxuya getməsini təmin edir.
AzEuroNews.com medicina.az-a istinadən həmin ərzaqlardan bir neçəsini təqdim edir.
Pomidor
Pomidoru çox insan sevir. Axşam bu faydalı tərəvəzi az miqdarda zülal ilə birlikdə qəbul etsəniz, onda sağlam bir axşam yeməyi əldə edəcəksiniz. Pomidorun tərkibində bol miqdarda antioksidant var. Həmçinin bu tərəvəz bədəndə maye yığılmasının və iltihablaşmanın da qarşısını alır.
Zeytun yağı
Zeytun yağının tərkibindəki doymamış yağ turşusu olan oleik əsasən də qarın hissədə yerləşən və əriməsi çətin olan piylərin parçalanmasını təmin edir.
Gecə yatmazdan əvvəl 1 x/q zeytun yağı içsəniz bu sizin rahat yatmağınızdan əlavə həm də qarın piylərinizin sağlam bir şəkildə əriməsini təmin edəcək.
Badam
Badam maqnezium ilə zəngin bir çərəzdir. Maqnezium yuxu keyfiyyətini artırdığı kimi sümükləri də möhkəmləndirir. Alimlər orqanizmdə maqnezium səviyyəsinin düşməsinin yuxuya getməyi çətinləşdirdiyini elmi tərəfdən sübut edib.
Düyü
Ağ düyünün qlisemik indeksi yüksək olduğu üçün yuxuya getmə müddətini qısaldır.
Albalı şirəsi
Alimlərin bildirdiklərinə görə, bir stəkan albalı şirəsi içmək daha sürətli yuxuya getməyə kömək olur. Çünki albalı orqanizmdə melatoninin sintezini sürətləndirir. Hatta bir araşdırmaya görə, albalı şirəsi içən insanlarda insomnia (yuxudagəzmə) əlamətlərinin aradan qalxması da müşahidə edilib.
Kahı
Kahı şirəsində olan laktukarium maddəsinin orqanzimə sakitləşdirici təsiri var.
Çobanyastığı çayı
Çobanyastığı çayının tərkibində olan qlisin maddəsi sinirləri və əzələləri sakitləşdirərək yuxu gətirir.
Bal
Balın tərkibində olan təbii şəkər insulin səviyyəsini azacıq yüksəldərək triptofanın beyinə rahat çatmasını təmin edir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.