İnsanların ölümqabağı son sözləri açıqlandı

26-01-2019, 09:04           
İnsanların ölümqabağı son sözləri açıqlandı
Mütəxəssis tanatoloji linqvistikanı (insan ölümü zamanı son sözlər) əhatəli öyrənməyə qərar verib
Amerikalı linqvist Liza Smart insanların ölümqabağı istifadə etdiyi sözləri toplayaraq "Ölüm qabağı sözlər" adlı araşdırma yazıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Kaliforniya universitetinin tələbəsi bu qərara atası öldükdən sonra gəlib. Qadının sözlərinə görə, onun atası professional psixoloq olub. Xərçəngdən ölən psixoloq ölümqabağı klassik musiqilər dinləyirmiş. Son nəfəsində isə o əlaqəsiz sözlərdən istifadə edibmiş.

Bundan sonra mütəxəssis tanatoloji linqvistikanı (insan ölümü zamanı son sözlər) əhatəli öyrənməyə qərar verir.

Qeyd edək ki, Smart kitabı üçün məlumatları müxtəlif yollarla toplayıb.

Belə ki, o kahinlərlə, internet istifadəçiləri ilə söhbətlər aparıb. Nəticədə o, 200 nəfər insandan 2000-ə yaxın söz toplayıb.

Nəticəyə görə, adətən insanlar ölümqabağı yaxınlarına minnətdarlıq edir, sevgisini bildirir və kömək istəyir. Anasını çağıran və ya söyüş söyən insanlar da olur. Bununla yanaşı bütün insanlar ölümqabağı əlaqəsiz sözlər istifadə edir.

Smart bu araşdırması ilə romantik ölüm kimi xarakterizə edilən "məşhurların son sözləri" böyük mifini dağıdır.

Amerikalı linqvist etiraf anını son dəqiqələrə saxlamamağı və doğmalarla tez-tez ünsiyyətdə olmağı məsləhət görür.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.