Gürcüstan üçün özünü fəda edən azərbaycanlı qəhrəman — Erməni batalyonu ilə üz-üzə qalan Ənvər dəstəsini necə xilas etdi?

26-01-2019, 09:44           
Gürcüstan üçün özünü fəda edən azərbaycanlı qəhrəman — Erməni batalyonu ilə üz-üzə qalan Ənvər dəstəsini necə xilas etdi?
Gürcüstan-Abxaziya müharibəsi zamanı Gürcüstanın ərazi bütövlüyü uğrunda canından keçən yüzlərlə azərbaycanlı olub. Onlardan biri Ənvər Hümbətovdur.
Bu günlərdə Ənvər Hümbətovla bağlı sosial şəbəkələrdə paylaşım edildiyindən və şəbəkə istifadəçilərinin marağına səbəb olduğundan, “Ölkə.Az”ın əməkdaşı onunla bağlı kiçik araşdırma aparıb.

Ə. Hümbətov kimdir?

Ənvər Oruc oğlu Hümbətov 1950-ci ildə Marneuli rayonunun Alget kəndində anadan olub. Ağır iqtisadi vəziyyət ucbatından ailəsi Rustavi şəhərinə köçüb. O, Rustavi şəhər 12 saylı orta məktəbi fərqlənmə ilə bitirdikdən sonra, Rustavi Metallurgiya zavodunda çalışmağa başlayın, eyni zamanda da Gürcüstan Politexnik İnistitutunun Rustavı filialında metallurgiya bölməsində təhsilini davam etdirib.

1992-ci ilin sonlarında Abxazseparatçılarının Gürcüstanda fəallaşmasından sonra Ənvər Hümbətov, Rustavı hərbi komissarlığına müraciət edərək, könüllü hərbi xidmətə yollanıb. O, döyüşlərin ən qızğın olduğu- Tkvarçeli, Labra və Şroma kimi bölgələrdə döyüşüb.

1993-cü ilin iyul ayının 4-də hərbi tapşırığı uğurla yerinə yetirib, geri dönərkən pusquya düşərək, mühasirədə qalan dəstəni özünü fəda edərək xilas edib.

Azərbaycan Respublikası Baş nazirinin Katibliyinin rəisi Ərəstü Həbibbəyli qələmə aldığı “Gürcüstanın ərazi bütövlüyü uğrunda mübarizədə erməni Baqramyan batalyonu ilə Borçalı azərbaycanlıları üz-üzə” analitik yazısında qəhrəmanın adını çəkib.

Daha sonra soydaşlarımızın qəhrəmanlığı ilə bağlı Tbilisi Texniki Universitetinin assistent-professoru David Maysuradzenin gürcü dilində “Vətən oğulları” kitabında da Ə. Hümbətov haqqında məlumat verilib.

Marneulidən Ənvər Hümbətov 30 dekabr 1994-cü ildə ölümündən sonra Gürcüstanın dövlət mükafatı – "Vaxtanq Qorqasali'' ordeninə layiq görülüb.

Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri Ənvər Hümbətov haqqında geniş məqalə yaradıblar.

Hətta gürcü ictimaiyyətinə tanıdılması üçün müstəqil araşdırmaçı Mehman İbrahimov tərəfindən qəhrəman haqqında gürcü “Vikipediya”sında məqalə yaradılıb.

Ölkə.Az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.