Yadplanetlilər var - Ehtimal günü-gündən artır

6-02-2019, 10:02           
Yadplanetlilər var - Ehtimal günü-gündən artır
Boston Universitetinin əməkdaşları və tələbələrinə yad planetli şüurunun mövcudluğuna inanmağı məsləhət görüb

Məşhur alim, NASA-nın elmi missiyalarının rəhbərinin birinci köməkçisi Tomas Zubruhen hesab edir ki, Yer planetindən kənarda həyat olması ehtimalı günü gündən daha da artır. Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu o ötən gün Boston Universitetinin əməkdaşları və tələbələri görüş zamanı bildirib.

NASA əməkdaşı bildirib ki, Yerdən kənar sivilizasiyaların mövcudluğunu sübut etməyi arzulayır və müasir elmin inkişafı yaxın gələcəkdə bu sahədə inkişafa nail olmağa imkan verəcək.

Zubruhenin sözlərinə görə, yaxın keçmişdə digər planetlərdə suyun və ya mürəkkəb molekulların olması belə şübhə altına alınırdı. Lakin indi aydındır ki, indiyə qədər bəşəriyyəti təbiəti layiqincə qiymətləndirməyib: "Orada həyat bizim düşündüyümüzdən də realdır".

O, həmçinin Boston Universitetinin əməkdaşları və tələbələrinə yad planetli şüurunun mövcudluğuna inanmağı məsləhət görüb.

Qeyd edək ki, ilin əvvəlində kanadalı astronomlar kosmosdan gələn radiosiqnalları tutublar və ehtimal ediblər ki, onları yadplanetlilər göndərə bilər. Kanadanın Britaniya Kolumbiyası vilayətində yerləşən CHIME rəsədxanası 13 sürətli siqnal tutub ki, onlardan biri periodik olaraq təkrarlanır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.