Mərkəzi Bank çökən bankları niyə müflis elan etmir - ŞƏRH
26-10-2015, 21:01
Azərbaycanda kommersiya bankları ilə bağlı yaranan gərginlik davam edir. Manatın 21 fevral devalvasiyasının təsirlərindən yaranan problemlər daha aydın meydana çıxmağa başlayıb.
Dünya bazarlarında neftin qiymətinin kəskin azalması, manatın devalvasiyası, sosial durumun ağırlaşması fonunda problemli kreditlərin həcminin 2015-ci ilin sonuna qədər 2 milyard manata çatacağı istisna edilmir.
Mərkəzi Bankın nizamnamə kapitalını yerinə yetirmədiyinə görə kommersiya banklarının lisenziyasının ləğvi ilə bağlı hələ 2014-cü ilin sonunda qəbul etdiyi qərar icra olunmasa da, bankların əksəriyyətinin müflisləşmə təhlükəsi olduqca yüksəkdir. Son günlər bəzi bankların filial və şöbələrinin bağlanması isə diqqətdən yayınmır.
Mərkəzi Bank həmin bankları müflis elan etməkdən çəkinir. Çünki bunun bank sektoruna olan inamın azalmasına gətirib çıxara biləcəyini ehtimal edir. İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehtiyev Modern.az saytına bankların müflis elan edilməsinin asan prosedur olmadığını bildirir:
“Hər hansı bankla bağlı problem yaranırsa bunun həlli istiqamətində uzunmüddətli addımlar atılır. Bu, həmin bankın sağlamlaşdırılması üçündür ki, idarəetməyə verilsin və həmin bank idarəetmə qaydasında maliyyə sağlamlığını bərpa edə bilsin.
Yaxud bankın digər banklara birləşdirilməsi təklif edilir. Əgər bütün tədbirlər nəticə verməzsə, bankın müflis elan edilməsi proseduruna başlanıla bilər. Bu da uzunmüddətli və ağır prosesdir. Öz fəaliyyətində çətinliklə üzləşən bankın dərhal müflis elan edilməsi mümkün deyil”.
Hazırda “Texnikabank”, Azərbaycan Kredit Bankı, “Bank of Azərbaycan” kimi kommersiya bankları əmanətlərin geri qaytarılmasında çətinlik çəkir. Hətta “Texnikabank” öz müştərilərinə başqa banklarda hesab açdırmalarını tövsiyə edir. Ekspert kommersiya bankları ilə bağlı prosesin qaranlıq məqamlarına toxunur:
“Azərbaycanda problemli bankların olması hamıya bəllidir. “Texnikabank”la bağlı yaranan problemi araşdırarkən bura, bankdan kənar müxtəlif müdaxilələrin olduğu ortaya çıxır. Bu gün Azərbaycanda bank sektorunda olan problemlərin görünən və görünməyən tərəfləri var.
Məsələ burasındadır ki, görünməyən tərəflərdə daha ağır proseslər baş verməkdədir. Bu da bank sektorundakı ümumi durumu qiymətləndirməyə çətinlik yaradır. Azərbaycan bankları ölkədə neft pullarının olduğu dövrü yaşayıb. Bu sektordakı münasibətlər o dövrün məhsulu olaraq formalaşıb. Neft pullarının azalması, əhalinin sosial durumunun ağırlaşması, xüsusilə həmin dövrdə verilən kreditlərin geri qaytarılması ilə bağlı mövcud məsələlər banklar üçün ciddi problemlər yaradıb və bundan sonra da yaradacaq.
Təbii ki, bankların sayı azalacaq, onların birləşməsi baş verəcək. Hətta müflisləşmə səviyyəsinə çatacaq banklar da olacaq. Amma Mərkəzi Bankın bu prosesə başlaması üçün müəyyən əsasları olmalıdır. Mərkəzi Bank sektorda baş verənləri izləyir və prosedura uyğun addımlar atır.
Müflisləşmə zərurəti meydana çıxan bankla bağlı Mərkəzi Bank eyni proseduru həyata keçirəcək. Sadəcə, bunlar sifariş və təcili icra olunacaq məsələlər deyil. Məsələ burasındadır ki, hazırda banklar arasında ciddi mülkiyyət məsələsi gedir. Bankları özünə birləşdirmək istəyənlər, bir neçə bankın eyni əldə idarə olunması və digər məsələlər ciddi araşdırmalar tələb edir”.