“Bu, onların tamamilə ağıllarını itirdikləri barədə xəbərdarlıqdır” – Budanov

23-11-2024, 16:48           
“Bu, onların tamamilə ağıllarını itirdikləri barədə xəbərdarlıqdır” – Budanov
“Rusların Dneprə atdığı raket eksperimentaldır, Rusiyada onların sayı məhduddur”.

Tribunainfo.az xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov yerli mətbuata deyib.

Onun sözlərinə görə, “Oreshnik” tədqiqat işinin adıdır, yəni sadəcə koddur: “Sistemin özü “Kedr” adlanır. Bu, eksperimental sistem, orta mənzilli ballistik raket və nüvə silahı daşıyıcısıdır. Ondan qeyri-nüvə variantında istifadə etmələri onların tamamilə ağıllarını itirdikləri barədə xəbərdarlıqdır”.

Hərbi kəşfiyyatın sözçüsü Vadim Skibitski isə əlavə edib ki, bu raketlərin kütləvi istehsalından söhbət gedə bilməz, çünki bunun üçün ən azı on sınaq keçirmək lazımdır. Və əgər bu zərbə tədqiqat-döyüş istifadəsi üçündürsə, deməli Rusiya Federasiyasında ən azı 10 belə raket var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru