Bakı metrosunun çıxışında ilginc xəbərdarlıq: "Sən Allahdan qorxmursan?" (FOTO)

22-03-2019, 11:30           
Bakı metrosunun çıxışında ilginc xəbərdarlıq: "Sən Allahdan qorxmursan?" (FOTO)
Bakıda "İnşaatçılar” metrosunun çıxışında vurulan xəbərdarlıq hamının marağına səbəb olub.

Teref.az bizimyol.info-ya istinadən xəbər verir ki, metronun "İnşaatçılar” stansiyasının çıxışına vurulan xəbərdarlıqda Səbinə adlı qadına müraciət edilir. Kiminsə ailəsini dağıtmaq üzrə olan Səbinə adlı xanıma xəbərdarlıq edilərək, məqsədindən əl çəkməyəcəyi təqdirdə onların ikisinin də (qızın və oğlanın) şəklini Xoşqədəm Hidayətqızının aparıcılığını etdiyi "Səni axtarıram” verilişinə verəcəyini bildirib.



Xəbərdarlıq insanların marağına səbəb olub və sosial şəbəkələrdə müzakirə edilməyə başlayıb.

Xəbərdarlıqda adı keçən xanım aparıcı Xoşqədəm Hidayətqızı məsələyə hələ ki reaksiya verməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru