Sağaltmır, öldürür: Bazardakı hər 10 dərmandan 7-si saxtadır - ARAŞDIRMA

25-04-2019, 00:39           
Sağaltmır, öldürür: Bazardakı hər 10 dərmandan 7-si saxtadır - ARAŞDIRMA
Dünyada saxta dərman dövriyyəsi 200 milyard dollara çatıb.

Cebhe.info Beynəlxalq Dərman Təhlükəsizlik İnstitutunun araşdırmasına istinadən xəbər verir ki, son beş ildə saxta dərman dövriyyəsi 60 faiz artıb. İnstitutun məlumatına görə, ildə təxminən 200 milyard dollara qədər saxta dərman dövriyyəsi olur ki, bu da dünya əczaçılıq bazarının 20 faizini təşkil edir. Saxta dərman bazarı Avropa ölkələrində ən azı 1,7 milyard avro vergi itkisinə səbəb olur. Dünyada saxta dərman istehsalında Çin və Hindistan ilk sırada yer alır. Dünyadakı lisenziyasız saxta dərman istehsalının təxminən 90 faizi Çin və Hindistanda hazırlanır. Xərçəngə qarşı, ağırıkəsici və cinsi gücü artıran dərmanlara qədər hər cür preparatların saxtası hazırlanır.

Araşdırmada bu sahədə çalışan qaçaqmalçıların saxta dərman dövriyyəsindən çox yüksək gəlir əldə etdikləri vurğulanıb. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, nəzarətin az olduğu Afrikada hər 10 dərmandan təxminən 7-i saxta çıxır.

Ekspertlər deyirlər ki, saxta dərmanlar hər il dünyada yüz min insanın həyatla erkən vidalaşmasına səbəb olur. İnternet üzərindən saxta dərmanların satışına diqqət çəkən araşdırmaya görə, virtual bazarda satılan dərmanların 90 faizi saxtadır.

Qeyd edək ki, İnterpol vasitəsilə ötən il 116 üzv ölkədə təşkil edilən ortaq əməliyyatlarda saxta dərman satan 3 min 671 internet saytı bağlanıb, 859 şəxs həbs olunub, 500 tona yaxın saxta dərman müsadirə olunub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.