QURDLAR VADİSİ – ARALIQ DƏNİZİ:yenidən qurulacaq dünyanın doğuş sancıları tutub – Təhlil

13-06-2019, 00:02           
QURDLAR  VADİSİ – ARALIQ DƏNİZİ:yenidən qurulacaq dünyanın doğuş sancıları tutub – Təhlil
Ergün Diler

Takvim.com.tr. (Türkiyə), 11.06.2019



ABŞ Müdafiə Nazirliyinin Ankaraya yolladığı məktub sanıldığından daha çox önəmlidir. Təsiri də, nəticələri də çox danışılacaq. Zamanın keçməyini gözləyək, görərik. İndiki an üçün üzərində yetərincə durulmadığı da həqiqətdir.

Nə zamandır yazıram…

Türkiyə Aralıq dənizində təyyarə gəmisidir! Avrasiyanı Afrikaya, Orta Şərqi Avropaya bağlayır. İkinci belə bir ölkə yoxdur. Torpaqlarımız dəyərə mindikcə qapıda duranlar da çoxalır. Türkiyə tam bir mərhələdədir. Milli və müstəqil siyasət yürütmək üçün səy göstərdikcə qarşımızdakılar mənafe yönündə basqı göstərməkdədirlər. Bu, ilk deyil, son da olmayacaq. Çünkü Türkiyə anlamadığımız qədər kilid önəmində bir ölkədir!

İstanbul seçkiləri də, Suriya da, Rusya ilə yaxınlaşma da, S-400-lərin alqısı da, NATO-nun basqıları da, qurulması düşünülən Avropa Ordusu da tək bir şeyə bağlıdır… TÜRKİYƏ HARADA DURACAQ! Ankaranın mövqeyi fövqəldəyərli olunca NATO və ABŞ basqını artırdı. S-400 böhranın lövhəyə dönmüş halıdır. ABŞ inadla “Ya mənim sözümü dinlərsən, ya da qarşımdakı düşmənsən” məntiqi ilə hərəkət etməkdədir…

Ankaraya göndərilən son məktub bunun göstəricisidir. ABŞ TÜRKİYƏNİ RƏSMƏN TƏHDİD ETMƏKDƏDİR…

Açıq və ayın şəkildə! Türkiyənin HAVA HÜCUMUNDAN MÜDAFİƏ SİSTEMİ ALMAĞI, özünü güvəndə duymağı Vaşinqtonu rahatsız etməkdədir! Bu da aydındır! Bu durumda ağla gələn ilk sual budur: BU NECƏ BİR ORTAQLIQDIR? ABŞ Müdafiə Nazirliyi ortaq kimi özü müdafiə sistemi qurmur. Ankara çarəni başqa yerdə tapınca böhran qapını kəsir. Anlayan yanıma gəlsin… Yaxşı, nədən belədir?

Çözək bir az…

Aralıq dənizini mərkəzə qoyaraq gedək…

Aralıq dənizi və Kipr adası Avropa Birliyi, Amerika Birləşmiş Ştatları və Türkiyənin oyun meydanıdır… Burada görə bilmədiyimiz qədər bir bilək güləşi oynanılır…

Əlbəttə, bu bərabərlikdə saxlanmalı olan başqa bir oyunçu da İsraildir… ABŞ-ın EXXON Mobil divi Aralıq dənizində varlığını artırıb. Arxasına Pentaqon kimi bir gücü alan EXXON Mobil Aralıq dənizinin neft və təbii qaz xəritəsini cızıb. Fransanın Total, İngiltərənin Shell şirkətləri də bölgədə ciddi axtarışları tamamlayıb. Eni, Qatar Gas, Noble Enerji və gizli güç olan Kogas da qazma işində çox önəmli addımlar atıb. Koreya hara, Aralıq dənizi hara, elə deyilmi?

Amma oyun böyüdükcə hər kəs buradadır…

Türkiyənin bölgədə böyük uğurları olduğu bəlli bir sirdir. Dəniz Qüvvələrinin son dönəmdə göstərdiyi BAYRAĞI hər kəs görüb. Mesaj da alınıb. Türkiyəyə rəğmən addım atmaq elə də asan deyil. Aralıq dənizindəı olan şirkətlərdən ikisi Türkiyə ilə birgə addımlamaq istəyindədir.

Aralıq dənizi və Türkiyə üzərindən elektrik yüklü buludlar keçərkən əsil qovğa Çinlədir… HUAWEI ilə… Son günlərdə ABŞ-ın Çinin telekommunikasiya divi “Huawei”i hədəf seçməsinin mərkəzində Aralıq dənizinin olduğu bəlli olmalıdır.

Yeni İpək Yolu üçün texnologiya da çox önəmlidir.

Yeni İpək Yolunun texnoloji alt özülünü hazırlayan “Huawei” artıq açıq şəkildə hədəfdir.

Bir sistemin sağlam işləməyi, sağlam nəticələr verməyi üçün texnoloji alt özülünün çox güclü olması gərəkdir.

Bu səbəbdən “Huawei” Yeni İpək Yolunu misilsiz duruma gətirəcək güç idi. İndi Amerika əməliyyatı altında qalan “Huawei”in Yeni İpək Yolunun alt özülünü hazırlamaq şansı qalmayıb.

Əslində, hesablaşma “Huawei”’in patronunun qızı MKİ tərəfindən girov götürülməmişdən çox qabaqlar başlanmışdı…

ABŞ Çinə bir təklif etmişdi. Yeni İpək Yolunu Amerikanın texnoloji şirkətləri qursun. Əks təqdirdə bu layihənin uğurlu olmayacğını, 65 ölkəlik zəncirin halqalarının bir çox bölgədə qopacağını söyləmişdi. Bəzilərinə görə, bu, böyük bir təhdid idi. Çin ABŞ-ın tələblərini eşitməzliyə vurdu.

Bəlkə də, bu, Çinin Avropa və Rusiya ilə yaxınlaşmasının nəticəsi idi. Bax, bu durum ABŞ-ın “Huawei”i çox sərt şəkildə bitirmək planının startına səbəb oldu.

“Huawei”in yüksəkmqəamlı səlahiyyətliləri belə brendin çöküş qarşısında olduğunu gördü və gərəkən geri addımın atılmasını istədilər. Yeni İpək Yolu önəmli, “Huawei” də önəmlidir. Bəlkə də, Çin həm Yeni İpək Yolunu, həm də “Huawei”i itirəcək. Buna qarşı addımların sürətlə atılması gözlənilərkən gözlənən olmadı.

Çin Aralıq dənizində geridə qaldı.

Aaralıq dənizlə sərhədi olan ölkələrdən sadəcə İtaliya ilə yaxın münasibətlər quran Çin ancaq Roma ilə bir uğura yetə bilməyəcəyinin fərqindədir. Çin İsraillə keçirdiyi gizli görüşlərdən də ümidli idi.

Ancaq ABŞ İsrailin rahat addım atmasına əngəl oldu.

Təl-Əvivə blok qoydu. İtki yaşayan yenə də Çin oldu.

Rusiyanın Aralıq dənizindəki gücü Çin üçün bir fürsət ola bilər. Ancaq Rusiya Çin ilə əsla yaxın dost olmaz, ola bilməz. Tarixləri buna yol verməz. Maraq intriqalarına bir gün mütləq son qoyular. Çinin neft ehtiyacını ödəyəcək yeganə güc İrandır. Əslində, indi Amerika embarqosu altında çətin günlər keçirən İranın bu duruma düşməsinin səbəbi də Pekindir. ABŞ İranla nüvə sazişini ləğv etdiyi həftə Pekin Tehranla çox önəmli bir neft anlaşması imzalamışdı.

İran böyük güç itirərkən Çindən yetərincə dəstək görmür. İran bir neçə həftədən sonra Çinlə münasibətlərin kəsilmə nöqtəsinə gəldiyini söylədiyi anda embarqo qalxar.

O andan etibarən Çinin çöküşü başlar. Çində heç görmədiyimiz etirazlar qopar.

ABŞ maliyyə naziri Stiven Mnuçin də Çin mövzusunda sərt olub… “Çin bizimlə anlaşma yolunda irəliləmək istəyirsə, ortalığa qoyduğumuz şərtlər çərçivəsində irəliləməyə hazırıq. Çin addım atmaq istəmirsə, bu mövzuda artıq edə biləcəyimiz nəsə yoxdur. Çin bizim dediyimiz anlaşmaları qəbul edərsə, bu ayın sonunda Yaponiyada G-20 zirvəsində Tramp ilə Çin dövlət başçısı Şi arasında maraqlı gəlişmələr ola bilər… Huawei-ə yönəlik tədbirlər zəifləyə bilər” deyib.

Türkiyənin 15 iyuldan sonra ABŞ və NATO-dan uzaqlaşması, Rusiya və İranla yaxınlaşması, Çinin burada lazım bildiyi meydanı tapmamağı, ÇXR İstanbul konsulu Cui Veyinin İmamoğlunun yanına gedən ilk adam olması, S-400-lər və F-35-lər – bunun hamısı böyük qovğanın əlamətləridir.

DÜNYA YENİDƏN QURULACAQ. BUNLAR DOĞUŞ SANCISIDIR…

Kürəsəl sərmayənin Türkiyəni hədəfə aldığı, Ərdoğana qarşı hücum başlatdığı da bir gerçəkdir.

İstanbul ilk cəbhədir!

Olaylara şüarlarla deyil, ağılla baxsaq, mənzərə budur…

Tərcümə Strateq.az-ındır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.