Bilgəhdə “Happy Days” restoranında müştəriləri belə aldadırlar - FOTOFAKT

Bu gün, 12:24           
Bilgəhdə “Happy Days” restoranında müştəriləri belə aldadırlar - FOTOFAKT
Redaksiyamıza daxil olan məlumata görə, vətəndaş Bilgəhdə yerləşən “Happy Days” restoranında müştəri hüquqlarının pozulduğunu iddia edir.
Onun sözlərinə görə, dostları ilə birlikdə restoranda sifariş verdikləri zaman gözlənilməz vəziyyətlə qarşılaşıblar.
Şikayətçi qeyd edir ki, onlar menyudan 1 ədəd, 4 AZN dəyərində “Natura” şirəsi sifariş ediblər. Lakin hesab təqdim olunduqda, şirə üçün 4 ədəd vurulduğu aşkar edilib. Məsələ ofisiantla müzakirə edilən zaman isə, ona “stəkan başına 4 AZN hesablandığı” bildirilib.
Müştərinin iddiasına görə, sifariş zamanı bu barədə heç bir məlumat verilməyib və menyuda da bu barədə xüsusi qeydə rast gəlinməyib.
Ümid edirik müvafiq orqanlar məsələ ilə bağlı tədbir görəcəklər.
patrul.az














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru