Messi karyerasını başa çatdırmaq barədə: "Bu an yaxınlaşır"
Bu gün, 12:28
Argentina yığmasının kapitanı Lionel Messi karyerasını başa vurmasından danışaraq, bunun bitməsini istəmədiyini bildirib.
Moderator.az xəbər verir ki, bu barədə Argentina millisinin Mətbuat Xidməti məlumat yayıb.
"Bunun heç bitməsini istəmirəm. Amma anlayıram ki, o an yaxınlaşır. Lazım olanda baş verəcək. Hələlik hər şey addım-addım gedir, bu günü yaşayıram", - deyə o vurğulayıb.
Xatırladaq ki, daha əvvəl o, DÇ-2026-nın seçmə mərhələsində Venesuela ilə keçirilən oyunda (3:0) iştirak edib. Bu görüş Messinin millidəki karyerasında son ev oyunu ola bilər.