Gülnarə Kərimova barədə yayılan xəbər yalan çıxdı - Təkzib

28-06-2019, 07:50           
Gülnarə Kərimova barədə yayılan xəbər yalan çıxdı - Təkzib
Özbəkistan Maliyyə nazirliyi keçmiş prezident İslam Kərimovun hazırda həbsdə olan qızı Gülnarə Kərimovanın 1,2 milyard dolları büdcəyə geri qaytarması barədə gedən xəbərləri təkzib edib.
Musavat.com müvafiq məlumatın nazirliyin mətbuat xidməti tərəfindən yayıldığını bildirir.

“Maliyyə nazirliyi vergi gəlirlərinin isimlərə görə hesabatını aparmır. Bununla bərabər keçən ildən bu yana büdcəyə göstərilən məbləğdə pul daxil olmayıb”,- deyə bəyanatda deyilir.

Qurumun verdiyi informasiyaya əsasən, keçən ildən bu yana Gülnarə Kərimovanın əmlakından (zərgərlik məmulatları və valyuta vasitələri daxil) gələn gəlir 20 milyard sum və ya 20,2 milyon dollar təşkil edib.

Bu ilin ilk yarısı boyunca isə büdcəyə 99,4 milyard sum, yəni 11,8 milyon dollar daxil olub.

Qeyd olunur ki, bu yaxınlarda Gülnarə Kərimovanın İnstagram səhifəsində Gülnarənin adından öncə özbəkistanlılardan üzr istənilmiş, daha sonra isə onun 1,2 milyard dollarlıq aktivlərinin artıq respublikanın xeyiri üçün işləndiyi bildirilmişdi.

Keçən həftə isə podrobno.uz saytı və Özbəkistanın digər mətbu orqanları İsveçrə prokurorluğuna istinadən Gülnarə Kərimovanın bu banklarda dondurulan 130 milyon İsveçrə frankının (133,7 milyon ABŞ dolları) geri qaytarılacağını xəbər etmişdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.