Begemot hücumundan sonra ondan çox adam itkin düşüb
Bu gün, 12:34

Fil Dişi Sahilində faciə baş verib.
İqtisadiyyat.az AFP-yə istinadən xəbər verir ki, kanoeyə begemot hücumu olub. Nəticəsində 11 nəfər itkin düşüb. Hökumət rəsmisi Belmonde Doqonun bəyanatında qeyd edilib ki, itkin düşənlər arasında qadınlar, gənc qızlar və körpə də var.
Hadisə Buyo şəhəri yaxınlığındakı Sassandra çayında, yerli sakinlər qayıqda hərəkət edən zaman baş verib. Cəmi üç sərnişin faciədən qaça bilib. Hazırda axtarış-xilasetmə əməliyyatları davam edir.
Qeyd edək ki, Kot-d'İvuar Universitetinin mütəxəssisləri tərəfindən 2022-ci ildə aparılan araşdırmalar göstərib ki, begemotlar ölkədə insanlara heyvan hücumları və xəsarət yetirmələrinə görə lider mövqedədirlər. Kot-d'İvuarda -ölkənin cənub hissəsində, ilk növbədə Sassandra və Bandama çay hövzələrində müxtəlif çaylarda yayılmış təxminən 500 begemot var. Burada qayıq qəzaları tez-tez baş verir. Çünki yerli sakinlər sahilboyu uzanan yaşayış məntəqələri arasında səyahətlər edərkən əldəqayırma qayıqlardan istifadə edirlər.