Roman Abramoviçə qarşı cinayət işi açıldı -SƏBƏB

Bu gün, 12:38           
Roman Abramoviçə qarşı cinayət işi açıldı -SƏBƏB
La-Manş boğazında yerləşən Cersi adasının hakimiyyət orqanları rusiyalı milyarder Roman Abramoviçi korrupsiya və çirkli pulların yuyulmasında şübhəli bilirlər və onun barəsində cinayət işi aparılır.

Bu barədə Britaniyanın "The Guardian" nəşri yazıb.

Məlumat Federal Cinayət Məhkəməsinin (İsveçrə) sənədlərinə istinadən yayılıb. Həmin sənədlərdə qeyd olunur ki, Cersi adasının istintaq orqanları Abramoviçin sərvətinin mənşəyini araşdırmaq niyyətindədirlər. İddialara görə, milyarder bu sərvəti 1990–2000-ci illərdə Rusiyada “xaotik və nəzarətsiz kapitalizm yüksəlişi” dövründə əldə edib.

Araşdırma çərçivəsində Cersi hakimiyyəti İsveçrədəki məhkəmələrə bir neçə sorğu göndərib. Bu sorğular Abramoviçlə əlaqəli şirkətlərin İsveçrə banklarındakı hesabları ilə bağlı sənədlərin təqdim olunmasına aiddir.

İstintaqın diqqətində iki əsas epizod var. Bunlardan birincisi Abramoviçin 2005-ci ildə “Sibneft” şirkətini 13 milyard dollara satması və bu satışdan əldə olunan vəsaitlərin mənşəyidir. İkincisi, milyarderin sanksiya rejimini pozduğu iddia edilir.

İsveçrə məhkəməsi bu məlumatların Cersi hakimiyyətinə ötürülməsinə razılıq verib. Abramoviçin vəkillərinin qərarı bloklamaq cəhdləri isə uğursuz olub.

Bununla belə, milyarderin hüquqşünasları bütün ittihamları rədd edərək bildiriblər ki, Abramoviçin cinayətkar fəaliyyətə hər hansı bağlılığı barədə iddialar əsassızdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru