Azərbaycan deputatları Fərhad Əhmədovu tanımır?

28-06-2019, 23:05           
Azərbaycan deputatları Fərhad Əhmədovu tanımır?
Xarici ölkələrdə yaşayan azərbaycanlı iş adamları, varlı biznesmenlərə Azərbaycan ictimaiyyətində birmənalı münasibət yoxdur. Səbəb onların vətən üçün etdiklərinə bağlıdır. Onlar arasında Azərbaycan üçün mühüm işlər görənlər də var, yalnız öz maraqlarını qoruyanlar da.
Rusiyada fəaliyyət göstərən Azərbaycan əsilli milyarder, “NortQaz” şirkətinin yaradıcısı və keçmiş sahibi, Rusiya Federasiya Şurasına Krasnodar vilayətindən seçilən keçmiş senator Fərhad Əhmədov adlı-sanlı zənginlər siyahısında yer alır.

“Forbes” dərgisində Rusiyanın azərbaycanlı milyarderi kimi adı keçən Fərhad Əhmədov doğulub boya-başa çatdığı ölkəyə - Azərbaycana, öz xalqına nə dərəcədə can yandırdığını azərbaycanlı deputatların dilindən eşitmək istədik...

Qeyd edək ki, Fərhad Əhmədov əslən Göyçay rayonundandır.

Milli Məclis üzvləri onu necə tanıyırlar?

Deputat Fəzail Ağamalı: “Onun haqqında tam məlumatlı deyiləm. Mən onu sadəcə Rusiyada yaşayan Azərbaycanlı milyarder kimi tanıyıram. Fərhad Əhmədovu tanımadığıma görə, haqqında nə müsbət, nə də mənfi fikirdəyəm. Onun barəsində başqa məlumatım yoxdur”.

Deputat Elman Məmmədov öz açıqlamasında Fərhad Əhmədovu tanımadığını bildirib: “Mən həmin şəxsi tanımadığım üçün Azərbaycana nə dərəcədə can yandırıb, yandırmadığını da bilmirəm”.

Deputat Sabir Hacıyev: “Fərhad Əhmədov Göyçayda 2 nömrəli məktəbi bitirib. Hətta oxuduğu məktəbi çox yaxşı təmir elətdirib. Təkcə Fərhad Əhmədovla deyil, əksər göyçaylılarla təmasdayam. Bir xeyriyyəçi kimi Fərhad Əhmədov doğulduğu yerdə bir çox işlər görür. Rayonumuza hər zaman dəstək verir”.

Modern.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.