Mingəçevirdəki İES-də yenə yanğın olub-VİDEO

29-06-2019, 17:01           
Mingəçevirdəki İES-də yenə yanğın olub-VİDEO
Kanal32.info xəbər verir ki,iyunun 29-u səhər saatlarında Mingəçevir şəhərində yerləşən “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin açıq paylayıcı qurğular stansiyasının transformatorlarının birində yanğın olub.

Yanğın hadisəsi baş verəndən bir neçə dəqiqə sonra Dövlət Yanğından Mühafizə Xidmətinin Mingəçevirdəki yanğınsödürmə briqadası əraziyə gəlib.Obyektin əhəmiyyəti nəzərə alınaraq yanğının söndürülməsi üçün çağırış elan olunub.Əraziyə gələn briqada qısa müddətdə yanğını söndürməyə nail olub.

Əldə etdiyimiz məlumata görə,güclü partlayış olmasa da təhlükəsizlik baxımından ərazi boşaldılıb.Hadisənin təsirindən bir neçə nəfər işçinin halı pisləşib.Onlara ilkin tibbi yardım göstərilib.



Hazırda hadisənin baş vermə səbəblərinin müəyyən edilməsi üçün müvafiq qaydada araşıdırma aparılır.


Marqlıdır ki,Azərenerji”ASC-nin rəhbərliyi hadisəni olduqca elementar hadisə kimi təqdim edib və bəzi məqamları gizləməyə çalışıb.

Qurumun mətbuat katibi Teymur Abdullayevin mətbuata açıqlamasına görə, nasazlıq dərhal aradan qaldırılıb, respublikanın enerji təchizatında heç bir problem yaranmayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.