Fred Asifin şəhid olan gündür..-FOTO

1-07-2019, 07:25           
Fred Asifin şəhid olan gündür..-FOTO
Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi iştirakçısı .Asif Yusif oğlu Məhərrəmov, və ya Fred Asifin vəfat etdiyi gündür.
1992-ci ilin iyun-iyul aylarında ordumuzun Qarabağda keçirdiyi ardıcıl uğurlu əməliyyatlar zamanı 4 yüksək rütbəli komandir və zabitimiz həlak olur.
Diqqət edin : İyunun 12-də Naxçıvanikdən Ağdama gələn yolda batalyon komandiri Allahverdi Bağırov avtomobilində minaya düşərək şəhid olur ... Ertəsi gün, iyunun 13-də isə Goranboy-Ağdərə istiqamətində gedən əməliyyatlara rəhbərlik edən MN Baş Qərargah rəisinin birinci müavini, polkovnik Şikar Şikarov komandir qərargah maşınında istiqaməti bilinməyən tankdan atılan top mərmisinin qəlpəsindən həlak olur... Daha sonra cəmi 5 gün sonra bu dəfə Sırxavənd yaxınlığındakı əməliyyatlar zamanı alay komandiri, polkovnik Şirin Mirzəyev avtomobildə minaya düşərək şəhid olur...Və bundan 8 gün sonra isə batalyon komandiri, polkovnik Asif Məhərrəmov da yolda hücuma məruz qalaraq, ölümcül yara alır... Hər 4 faciəli olayın şahidləri bu hadisələrdə qəsd ehtimalı olduğunu söyləyirlər... Həmin gün Naxçıvanikdə olan qardaşı Ədalət Məhərrəmovun sözlərinə görə, Fred Asifin avtomobilinə qumbaratandan atılan mərmi maşının altından dəymişdi. Erməni mövqeləri isə yola nisbətən elə bucaq altında imiş ki, oradan avtomobilin altını vurmaq qeyri-mümkün olarmış... Fred Asiflə bağlı bir maraqlı məqam da ondan ibarətdir ki, o, Şirin Mirzəyev və 1992-ci ilin aprelində Şuşada həlak olmuş Ramiz Qənbərov - hər üçü eyni nəslin nümayəndələridirlər... Tarix boyu çar imperiyasının da, SSRİ-nin də təhlükəsizlik orqanları Azərbaycan türklərinin seçmə nəsillərini soyqırıma məruz qoymağa çalışmışlar ki, xalqın müqavimət qüvvəsi sınsın... Bəlkə də sağ qalsaydı və sağlamlığını itirməsəydi, Fred Asifin ətrafında yaranmış Haqq hərəkatı bütün Azərbaycanı bürüyəcəkdi.
Amma 25 il öncə 1994-cü il iyulun 1-də gözlərini bu dünyaya yuman Fred Asifin Ağdamda başlayıb Yaltada bitən ömür ruhu bu gün də Qarabağ, Şuşa, Ağdam eşqi ilə çırpınır. İnanın ,biz çox şeyləri dərk etmirik. Bəlkə də vaxtsız, amma Qarabağsız, Ağdamsız ölüm onun xoşbəxtliyi imiş ki, o, bizlər kimi illərdir bu dərdlərə göz yumub yaşamadı...
Bu gün Şuşa məscidində donuzlar yatır... Bu gün Ağdamın ən məşhur İmarət deyilən Pənahəli xan oylağında, Asifin ata ocağının xarabalıqlarında köpəklər və bayquşlar ulaşır...Hələlik deyək..((
Onun dəfnində və yas mərasimində müxalifətin bütün simaları iştirak edirdi ...
Allah Rəhmət Eləsin ...
Baba Allahnezerov
Teref.az













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.