Qulinin 6 böyük düşməni – Siyahıda kimlər var?

1-07-2019, 18:45           
Qulinin 6 böyük düşməni – Siyahıda kimlər var?
Hazırda azərbaycanlı qanuni oğru Lotu Qulinin 6 böyük düşməni var. Onların hamısı Quli üçün təhlükəlidir. Elə Quli də onları aradan götürmək üçün çalışır.

Lent.az-ın məlumatına görə, bu barədə Ukrayna mətbuatı yazıb.

Ukraynalı həmkarlarımızın fikrincə, Qulinin düşmənlərindən biri Emin Əhmədovdur.

Emin Əhmədov 1981-ci ildə anadan olub. Onun da yolu digərləri kimi “oğru şəhəri” sayılan Moskvadan keçib. 2007-ci ildə Emin Hacıqabulinski Rusiyada pul daşıyan maşını apardığı üçün həbs edilib. Moskva məhkəməsi onu 13 il müddətinə həbs edib.

“Zayka” ləqəbli Zaur Əliyev də bu sıradadır. Vaxtı ilə Moskva bazarlarına nəzarət edən Zayka 2014-cü ildə 18 il müddətinə həbs edilib. Sonradan həbsxanada Qulinin adamları tərəfindən sındırılıb. O, Qulidən intiqam almaq üçün alışıb-yanır.

Tolyattidən olan biznesmen Kamal Quliyev də Qulinin düşmənləri sırasındadır. 2015-ci ildə Qulinin adamları onu oğurlayaraq ailəsindən 30 milyon rubl pul tələb etmişdilər. Amma Kamal qaçaraq xilas ola bilmişdi.

Hikmət Salayev də Lotu Qulinin adamları tərəfindən oğurlanmışdı. Nəticədə külli miqdarda pul və üç maşınını Lotu Qulinin adamlarına verdikdən sonra canını qurtarmışdı.

“Albert Rıjı” kimi tanınan Əli Heydərovu isə Lotu Quli oğru adından məhrum edib.

Albert Şakro Molodoyun (Zaxari Kalaşov) klanına yaxınlaşaraq adını bərpa etmək istəyir.

Şakro Molodoy isə çoxdandır Quli ilə düşmənçilik edir. Çünki keçmiş post-sovet məkanının bir nömrəli qanuni oğrusu sayılan Zaxari Kalaşov hazırda uzun müddətə həbsxanadadır. Onun yerini Qulinin tutmaq arzusu heç kimə sirr deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru