Şəmkirdə “Hummer”ini və özünü yandıran Həsənovun cəmi 100 min borcu varmış... - AVTOMOBİLƏ HƏBS QOYULMUŞDU

7-08-2019, 15:05           
Şəmkirdə “Hummer”ini və özünü yandıran Həsənovun cəmi 100 min borcu varmış... - AVTOMOBİLƏ HƏBS QOYULMUŞDU
Ötən gün şəmkirdə “Hummer” markalı avtomobilini və özünü yandıran Fuad Həsənovun 100 min dollardan çox borcu olub.

Bu barədə virtualaz.org-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupunun baş inspektoru, polis leytenantı Eşqin Qasımov məlumat verib.

F.Həsənovun borc məsələsi ilə əlaqədar 2013-cü ildən etibarən Şəmkir rayon məhkəməsində məhkəmə çəkişmələri başlayıb. İki il öncə isə məhkəmənin qərarı ilə avtomobilinə borc qarşılığı olaraq həbs qoyulub və müvəqqəti cərimə dayanacağına yerləşdirilib.

F.Həsənov maşınının girovluqda azad edilməsi üçün bir neçə dəfə Şəmkir rayon məhkəməsinə müraciət edib. Məhkəmə onun iddiasını təmin etməyib.

Xatırladaq ki, avtomobilini yandırandan sonra özünə də od vuran Şəmkir sakini xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.