İki qitə təhlükədə: Buzlar sürətlə əriməyə başladı – Alimlərdən həyəcan təbili

8-08-2019, 09:31           
İki qitə təhlükədə: Buzlar sürətlə əriməyə başladı – Alimlərdən həyəcan təbili
Bu ilin avqustun 1-də Qrenlandiyada rekord həcmdə buz əriyib.

Teleqraf.com xəbər verir ki, elm adamları 12.5 milyard ton ərimiş buzdan ayrılan su kütləsinin okeana qarışdığını açıqlayıb.

Alimlərə görə, bu, Amerikanın Florida ştatını 2 sm su altında qoyacaq böyüklükdə bir ərimə prosesidir.

Mütəxəssislər qeyd edir ki, 1950-ci ildən davamlı şəkildə aparılan müşahidələrin əksinə olaraq, adada ilk dəfə sürətli ərimə prosesi qeydə alınıb.

2012-ci ildə ərimə prosesi buz təbəqəsinin 97 faizini əhatə etmişdisə, bu dəfə adada yerləşən “Summit” stansiyası Qrenlandiyada rekord həddə istiləşmə qeydə alıb.

Məlumata görə, 2019-cu ilin 8 ayı ərzində 2012-ci ildə (248 milyard ton) qeydə alınan buz əriməsindən daha çox ərimə olayı baş verib. Bu, 250 milyard tonluq bir ərimə prosesidir.

Elm adamları Qrenlandiyanın əriyən buz təbəqəsinin Amerika və Avropa qitəsinin sahilboyu əraziləri üçün təhlükə yaradacağını iddia edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru