Dünyanın ən çox səyahət edən xalqları – Siyahı

8-08-2019, 09:57           
Dünyanın ən çox səyahət edən xalqları – Siyahı
Dünyanın ən çox səyahət edən xalqı ingilislərdir.
Teleqraf.com xəbər verir ki, bu barədə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) hesabatında deyilir.

Assosiasiyanın məlumatına görə, 2018-ci ildə Böyük Britaniyanın 126 milyona yaxın vətəndaşı (bütün dünya üzrə sərnişinlərin 8,6 faizi) təyyarə ilə xarici səfərə çıxıb. Amerikalılar ikinci yerdədir – 2018-ci ildə təxminən 115 milyon ABŞ sakini (bütün dünya üzrə sərnişinlərin 7,6 faizi) hava yolu ilə səyahət edib.

Üçüncü yerdə çinlilər (97 milyon səyyah, bütün dünya üzrə sərnişinlərin 6,6 faizi), dördüncü yerdə almanlar (94 milyon səyyah, bütün dünya üzrə sərnişinlərin 6,4 faizi), beşinci yerdə fransızlar (60 milyon səyyah, bütün dünya üzrə sərnişinlərin 4,1 faizi) qərarlaşıb.

Qeyd edək ki, mart ayında "Henley Partners” beynəlxalq agentliyi səyahət etmək üçün ən uyğun pasportların yenilənmiş indeksini (vətəndaşlarının viza olmadan digər ölkələrə gələ biləcəyi ölkələrin reytinqi) dərc edib. Reytinqin liderləri Yaponiya, Sinqapur və Cənubi Koreya olub. Bu ölkələrin vətəndaşları 189 ölkəyə vizasız giriş edə bilirlər.

Sfera.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru