“İngilislər Hindistanın sonuncu türk-müsəlman hökmdarına öz övladlarının ətini yedizdirdi...”

9-08-2019, 10:30           
“İngilislər Hindistanın sonuncu türk-müsəlman hökmdarına öz övladlarının ətini yedizdirdi...”
“İngilislər Hindistanın sonuncu türk-müsəlman hökmdarına öz övladlarının ətini yedizdirdi...”

“Keşiş Qudzon şahzadələrin boğazına ərinmiş qurğuşun tökdü və onlar əzab içində həlak oldular...”
Kölgədə qalan Batı vəhşilikləri...

SSRİ çökəndən bəriki 3 onillik ərzində ABŞ və Avropanın dünyada hakim olan mediasının təsiri altında keçmiş postsovet və sosialist ölkələri, o cümlədən Azərbaycan əhalisinə yalnız Rusiya imperiyası hesab edilən Sovet İttifaqı dövründə, bir az da ondan əvvəlki Çar Rusiyası zamanında müstəmləkə halında olan xalqlara qarşı rusların törətdikləri vəhşiliklərdən, soyqırımı, repressiya, sürgün və deportasiyalardan mütəmadi olaraq danışılır. Lakin bu gün özünü “demokratik” adlandıran Avropa ölkələri və ABŞ-ın, xüsusən ingilislərin qurduğu Böyük Britaniya imperiyasının müstəmləkə elan etdikləri xalqların başına açdıqları rəzil oyunlar, kiçik istisnalarla, unudulur. Və o gerçəklik də kölgə altına salınır ki, super güclər Rusiya vasitəsilə dünyanı “sosializm”, “kommunizm”, “proletar qardaşlığı”, “beynəlmiləlçilik” şüarları altında əsarət altına almağa çalışırdısa, çağdaş günümüzdə də Qərb dünyası “demokratiya”, “qloballaşma”, “tolerantlıq”, “multikulturalizm” nağıllarıyla əslində keçmiş imperiyaların funksiyalarını mədəni şəkildə davam etdirir...

Yaxın Şərqdə, Mərkəzi və Cənub-Şərqi Asiyada, eləcə də bu günlərdə yenidən dünya mediasının gündəminə çevrilmiş Hindistan və Pakistanın Kəşmirlə bağlı aralarında yaranmış gərginliyin kökündə də məhz bu gün də mədəni, “sivil” vasitələrlə davam etdirilən ingilis işğalları, əsarəti, çoxüzlü siyasəti dayanır...

1998-ci ildə İstanbulda rus dilində nəşr olunmuş “İngilis xəfiyyəsinin etirafları” kitabında(səh. 85-120) Böyük Britaniya imperiyasının XIX əsrdən bu yana İslam coğrafiyasında, xüsusilə Hindistanda törətdiyi vəhşilik və qeyri-insani əməllərdən bəhs edilir. Moderator.az kitabın bu mövzuda ən diqqətəlayiq epizodlarını nəzərinizə çatdırır.

Növbəti parçada ingilis keşişi adıyla Hindistanda Britaniya kəşfiyyatına xidmət edən pop Qudzonun insanlığa sığmayan əməlləri barədə oxuduqca ötən il bu vaxtlar Türkiyədə həbsdə olan və ABŞ prezidenti D. Trampın onu geri almaq üçün dəridən qabıqdan çıxdığı Amerikanın keşiş cildindəki casusu Endryu Branson yada düşür...

“İngilislər cinsindən və yaşından asılı olmayaraq bütün müsəlmanları, hətta körpələri belə, xəncərlə doğrayırdılar...”

“...Hindistanda Birinci Aləmşahın(yaxud Aləmgir şah) hakimiyyəti zamanında ingilislər Kəlküttədə torpaq sahələri aldılar və həmin sahələrin mühafizəsi üçün əsgərlər gətirdilər. 1714-cü ildə Sultan Fərrux Şir şahı müalicə etdiklərinə görə isə onlara Hindistanın hər yerində torpaq almağa icazə verildi. 1760-cı ildə hakimiyyətə gəlmiş İkinci Şahi-aləmin dövründə ingilislər artıq Benqaliya, Orta Hindistan və Racistan üzərində faktiki hakim oldular, Hindistanın bütün ərazisində münaqişə və qarşıdurmalar yaratmağa başladılar. 1803-cü ildə ingilislər İkinci Şahi-Aləmi öz təsirləri altına aldılar. Onlar Dehlidən verilən əmrləri şah fərmanları kimi təqdim edirdilər. Bir müddət sonra isə İkinci Şahi-Aləm və ingilis canişin general ilk dəfə birgə, bərabərhüquqlu idarəçilik qərarına gəldilər. Hindistan müsəlman hökmdarlarının adları pul sikkələrinin üzəriindən çıxarıldı...

1837-ci ildə İkinci Bahadır şah hakimiyyətə gəldi. O, ingilis əsarətinə dözməyərək 1857-ci ildə xalqın və əsgərlərin iştirakı ilə ingilislərə qarşı böyük etiraz üsyanı qaldırdı. Bununla o, adının sikkələrin üzərinə döyülməsinə və məscidlərdəki xütbələrdə sağlığına dualar oxunmasına nail oldu. Buna cavab olaraq Britaniya zülm və hücumları artırmağa başladı. Dehliyə daxil olan ingilis qoşunları evləri və ticarət köşklərini dağıdır, mal və pulları talan edirdilər. Cinsindən və yaşından asılı olmayaraq bütün müsəlmanları, hətta körpələri belə, xəncərlə doğrayırdılar. Həmin vaxt şəhərdə içməli su da tapmaq olmurdu. Bahadur şah ordusunun komandanı Baxtxan hökmdarı öz qoşunları ilə birgə geri çəkilməyə razı saldı.Amma digər komandan Mirzə İlahi Bəxş ingilislərə yarınmaq məqsədilə Bahadır şahı inandırdı ki, əgər o, müqavimət göstərmədən ordunu buraxıb təslim olarsa, ingilisləri başa salmaq olar ki, guya onun heç bir günahı yoxdur. Yəni üsyan edən xalqın başına zorla qoyulub. Bu halda ingilislər onu bağışlayarlar. Bu minvalla Bahadir şah geri çəkilən ordunun əsas hissələrindən ayrıldı və Humayun şah türbəsində gizləndi. Həmin türbə Dehlidəki Mualla qalasından cəmi 10 km məsafədə yerləşirdi...

İngilis kəşfiyyatının zabiti kimi xidmət edən, öz nadanlığı və əxlaqsızlığı ilə tanınan keşiş Qudzon Rəcəb Əli adlı satqından bu barədə öyrənərək general Vilsona məlumat verdi və müsəlman şahı ələ keçirmək üçün kömək istədi. General cavab verir ki, onun muzdlu əsgərləri yoxdur və işi az-çox insanlıqla həll etməyi, Sultanın könüllü təslim olması halında şəxsən onun və ailəsinin toxunulmazlığına zəmanət verməyi təklif etdi. Vilson öncə bu planı qəbul etmədi, amma sonra razılaşdı. Bundan sonra keşiş Qudzon 90 adam götürərək Humayun şah türbəsinə getdi və şahı inandırdı ki, onun özünün, oğulları və xanımının toxunulmazlığına zəmanət verir. Hiyləgər keşiş tərəfindən aldadılmış Bahadır şah təslim oldu. Bundan sonra Qudzon sultanın iki oğlunu və bir nəvəsini tutmağa çalışdı. Ancaq onların mühafizəçilərinin çox olması səbəbindən buna nail ola bilmədi. Lakin sonda ingilis kəşfiyyatının zabiti şahın oğul və nəvələrini də toxunulmazlıqlarının təmin olunacağına inandıraraq aldadıb ələ keçirdi. Qudzon o saat ingilis siyasəti və hiyləgərliyini nümayiş etdirərək o saat Bahadır şahın iki oğlu və nəvələrini zəncirləməyi əmr etdi. Dehliyə gedən yolda keşiş şahzadələri soyundurtdu, özü şəxsən onların boğazına ərinmiş qurğuşun tökdü və onlar əzab içində həlak oldular. Qudzon onların qanını içdi. Xalqa görk olsun deyə, o bü gənc şəhidlərin cəsədlərini qala divarlarından asdı. Bir gün sonra isə onların başlarını baş canişin Henri Bernadrda göndərdi.

Daha sonra ingilis keşiş və casusu ən alçaq və rəzil bir əmələ əl atdı. Ölmüş şahzadələrin ətindən şorba bişirtdirib onu Bahadır şah və onun xanımına yolladı. Neçə gündür ac qaldıqlarından onlar dərhal yeməyə başladılar. Lakin ətin haram-halal olduğunu bilmədikləri üçün onu çeynəmir və udmurdular. Onların ürəyi bulandı və əllərindəki şorba dolu camları yerə saldılar. Bu mənzərəni alçaqca seyr edən Qudzon istehza ilə soruşdu:

-Niyə yemədiniz? Bu, gözəl şorbadır. Mən onu sizin övladlarınızın ətindən bişirməyi əmr etmişdim...

1858-ci ildə hakimiyyətdən zorla devrilmiş İkinci Bahadır şah üsyan qaldırmaqda və avropalıların qətlində günahlandırılaraq məhkəməyə verildi. Həmin il martın 29-da o, ömürlük həbsə məhkum edilərək Hind-Çinə(Ranqun) sürgün edildi. 1862-ci ilin noyabrında Gürqan İslam dövlətinin(yaxud Böyük Moğol imperiyası-S.L.) sonuncu sultanı Bahadır şah vətəndən uzaqda, həbsdə həlak oldu. İngilislər 1877-ci ildə - Osmanlı-Rusiya müharibəsi gedə-gedə Hindistanı Britaniya krallığına birləşmiş dövlət elan etdilər...”

(Davamı var)
moderator.az
Tərcümə etdi: Sultan Laçın












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.