Kömür və sodalı diş məcunları zərərlidir - Minanı dağıdır

10-08-2019, 09:35           
Kömür və sodalı diş məcunları zərərlidir - Minanı dağıdır
Son zamanlar trend olan, ağardıcı, təmizləyici effektinin çox olduğu hesab edilən yeni kömürlü və sodalı diş məcunlarının dişlərə zərərli olduğu üzə çıxıb.

Milli.Az bildirir ki, stomatoloqlar əvvəllər dişlərində problem olmayan insanlarda bu pastalardan istifadədən sonra kariyes, çürümə və emalın pozulması hallarının aşkarlanmasını bildirir.

Avstriya Stomatoloqlar Assosiasiyasının rəhbəri deyir ki, yeni kömür və soda tərkibli məcunlar ftorlu deyil. Onlarda bir neçə kanserogen birləşmələr tapmaq mümkündür. Bu məcunlar dişləri ağartması ilə cəlbedici görünür, lakin bu zaman emal zədələnir.

Emalın eroziyası başladıqda isə kariyes və həssaslıq artır.

Bu pastaların tərkibi ağız içinin selikli qişası üçün də zərərlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru