Təcavüzkar amerikalı milyarderin türmədəki ölümü ilə bağlı şok iddialar

13-08-2019, 00:01           
Təcavüzkar amerikalı milyarderin türmədəki ölümü ilə bağlı şok iddialar
Tramp nəyə eyham vurur – yaxın dostunun ölümündə günahkar hesab etdiyi şəxslər kimlərdir?
Aralarında yetkinlik yaşına çatmayan qız uşaqlarını da olduğu çox sayda insana qarşı cinsi istismar etmək və seks məqsədi ilə insan qaçaqçılığı etməkdə ittiham edilən aemrikalı milyarder Cefri Epsteynin şənbə günü türmədə ölü tapılması paralel olaraq komplo teoriyalarını da yaradıb.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, aralarında ABŞ prezidenti Donald Tramp, Şahzadə Endru və eks ABŞ prezidenti Bill Klintonun da olduğu çoxlu sayda nüfuzlu şəxslə yaxın münasibəti olduğu bildirilən Epsteynin Nyu Yorkdakı türmə kamerasında özünü asaraq intihar etdiyi açıqlanmışdı.

Nyu Yorkdakı federal prokurorlar 2002-2005-ci illər arasında Nyu Yorkdakı evi və Floridadakı malikanəsində aralarında 14 yaşlı qız uşaqlarının da olduğu, yetkinlik yaşına çatmayan şəxslərə pul qarşılığında cinsi münasibətə girməklə bağlı iddiaların yer aldığı iddia ərizəsini keçən ay gündəmə gətirib. Epsteynə 2007-ci ildə də bənzər ittihamlar yönləndirilmişdi. Prokurorluqla anlaşan və əxlaqsız qadınlarla münasibəti, insan alveri ilə bağlı ittihamları qəbul edən Epsteyn mümkün olacaq ömürlük həbs cəzasının yerinə 13 ay həbsə məhkum olmuşdu.

Amerika mediasına görə, 6 iyulda Epsteynin malikanəsində həyata keçirilən axtarış zamana ordan böyük miqdarda nəğd pul, çox sayda brilyant, adına hazırlanmış, yaşayış yeri olaraq Səudiyyə Ərəbistanın göründüyü, vaxtı keçmiş bir saxta pasport ilə yüzlərrlə gənc qadının intim fotoları tapılmışdı.

Yeni ittihamların ardınca Epsteyn Nyu Yorkdakı evində göz həbsində saxlanmağı tələb edib. Prokuror bu tələbi rədd etdu və Epsteyn iyul ayında həbsə girdi. Epsteyn 23 iyulda boynunda izlər tapıldığı üçün intihar nəzaətinə alınmışdı. İzlərin intihara cəhd, yoxsa hücuma məruz qaldığı üçün yarandığı üzə çıxmaçışdı. Epsteyn türmə rəhbərliyinə bildirdi ki, türmədə pedofik olmaqda ittiham olunduğu üçün döyülüb. Həyata keçirilən psixoloji dəyərləndirmədən sonra, iyul ayında Epsteynin intihar nəzarətindən çıxarıldığı açıqlandı.

CNN telekanalına danışan Cek Danson adlı bir həbsxana psixoloqu intihar nəzarətinin normalda bir-iki gün davam etdiyini bildirərək, “peşə həyatım boyunca bir həftədən artıq davam edən intihar nəzarəti görmədim. Bu tətbiqetmədə məhkum səkkiz saatlıq üç iş günü ərzində, ümumən 24 saat boyunca izlənir. Bu səbəbdən də Epsteynin intihar nəzarəti altında ikən intihar etdiyi iddiaları həqiqət deyil”.

Musavat.com xatırladır ki, intihar nəzarəti məhbusun özünə zərər verməyəcəyi nəticəsinə gəlincə, ortadan götürülür. Amma həm demokratlar, həm də cümhuriyyətçilər “Epsteynin intiharının qarşısı alına bilərdi” deyir.

Trampın vəkillərindən eks Nyu York Bələdiyyə sədri Rudi Giuliani isə deyib ki, "Epsteynin intihar nəzarətindən çıxarılması bir axmaqlıq idi”.
Demokrat Partiyasının prezidentliyə namizədlərindən senator Kirsten Gillibrand və Elizabet Varren, bu mövzuda istintaq başladılmasını istəyib. Senator Ben Kardin də “Niyə intihar nəzarətində olmadığını anlamaq çətindir” deyərək, istintaqın nəticələrinin cəmiyyətə açıqlanmasını tələb etdi.

Epsteynin ölümündən sonra komplo teoriyaları ortaya atılıb. Sosial mediada Epstenin başqa məşhur şəxslərin adlarının ortaya çıxmasının əngəllənməsi üçün öldürüldüyü, hətta ölümünün də bir qurama olduğu iddia edilib.

Həbsxana əməkdaşlarına görə, Epsteyn şənbə günü, səhər saat 06.30-da kamerasında ölü halda tapılıb. Həbsxana işçiləri Epsteyni həyata qaytarmağa çalışsa da, onu xəstəxanaya apardılar və orada öldüyü bildirildi.

Məsul şəxslər isə Epsteynin intihar etdiyini düşündüklərini söylərkən, rəsmi ölüm sənədi hələ açıqlanmayıb.

Tramp isə bu günlərdə Twitter vasitəsilə maraqlı bir video paylaşıb. Sözügedən videoda mühafizəkar komediyaçı Terrence Vilyams Epsteynin ölümündə keçmiş president Bill Klinton və keçmiş xarici işlər naziri Hillari Klintonu səbəbkar bilib.

Epsteyn haqqındakı federal məhkəmə qapanıb. Amma Epsteynə təzminat məhkəməsi açmaq hələ də mümkündür. Epsteynin nə qədər sərvəti olduğu bilinmir. Prokurorlar belə Epsteynin nə qədər mal varlığı olduğunu konkretləşdirmədiklərini deyirlər. Məhkəmə sənədlərinə görə, onun Manhattan, Palm Beach, Nyu Mexico və Parisdə evləri, Karib adalarında bir adası, ən azı 15 maşını və özəl təyyarəsi var.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.