Vüqar Səfərovun və işçilərinin maaşları artırıldı

13-08-2019, 10:00           
Vüqar Səfərovun və işçilərinin maaşları artırıldı
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun işçilərinin aylıq vəzifə maaşları artırılıb.
APA -nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərarda dəyişiklik edib.
Beləliklə, bu Fondlarda icraçı direktorun maaşı 1463 manatdan 1980 manata, aparat rəhbəri və müşavirin maaşı 1100 manatdan 1540 manata, baş mühasibin maaşı 1023 manatdan 1450 manata, sektor müdirinin maaşı 968 manatdan 1370 manata, baş məsləhətçinin maaşı 880 manatdan 1255 manata, aparıcı məsləhətçinin maaşı 737 manatdan 1030 manata, məsləhətçi, hüquqşünas və informasiya texnologiyaları üzrə mütəxəssisin maaşı 666 manatdan 930 manata, sürücünün maaşı 330 manatdan 460 manata qaldırılıb.
Bu qərar 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.