Xidmət rəisinə ŞOK İTTİHAM - İri məmurları belə çaşdıra bilib...

2-12-2015, 17:14           
Xidmət rəisinə ŞOK İTTİHAM - İri məmurları belə çaşdıra bilib...
Neçə gündür ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovla bağlı maraqlı məqamları diqqətinizə təqdim edirik. Bu gün isə redaksiyamıza növbəti ilginc fakt varəsində informasiya verilib.

Xəbəri verən mötəbər mənbə iddia edir ki, kuratorluq baxımından fövqəladə hallar naziri Kəmaləddin Heydərova yaxın kimi görünən Arzu Rəhimov dəfələrlə himayədarlarının üzünə ağ olub.

Məlumatlı mənbə DİA.AZ-a bildirir ki, əvvəllər sərhəd qoşunlarında, onun ardından da dövlət miqrasiya xidmətində çalışan Arzu Rəhimov əslində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi postuna heç də himayədarlarının arzusu ilə gəlməyib.

Mənbənin söylədikləri: "Arzu Rəhimov ayrı-ayrı yerlərdə Kəmaləddin Heydərovun əleyhinə fikirlər səsləndirib. Bu azmış kimi hətta özünə yaxın adamlar arasında, "mənə kimsə toxuna bilməz, çünki hamı elə bilir ki, mən onun adamıyam" deyərək istənilən vəziyyətdən hər zaman çıxmağa hazır ola bildiyini də nümayiş etdirib".

Qeyd edək ki, Arzu Rəhimovla bağlı redaksiyamıza ötürülən faktlar arasında xidmət rəisinin hər ay hansı rayonun "hərbi komissarından" nə qədər haqq alması ilə bağlı da konkret rəqəmlər var ki, bu barədə də yaxın vaxtlarda sizləri bilgiləndirəcəyik.

Bizi izləməkdə davam edin...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.