O, Azərbaycanı sevmirdi... - Onun öpə biləcəyi əl ŞƏHİD ANASI olmalı idi...MÖVQE
4-12-2015, 20:26
Hakimiyyəti bəyənməmək olar, hətta hakimiyyətə nifrət də etmək olar... İnsan halıdır... Olsun... Amma bu nifrət, bu bəyənməmə DÖVLƏTƏ qarşı şevrilirsə, artıq ağzı ovulmalıdır... Bizdə əgər hələ də kimlərsə Ziya Məmmədovla Nəqliyyat Naziri postunun fərqini bilmirsə, deməli, hələ çox oxutmalıyıq...
Taleh Bağırzadə kimdir? "Savadlıdır" demək olmaz... Çünki savadlı olubən bu şəkildə xəyanətə getmək imkansızdır. Elmlidir?.. O da deyil... Şünki onun dünyagörüşü ilə ELM arasında tər mütənasiblik var.
Vətənsevərdir?... O da deyil... Onun hətta bu hakimiyyəti Qarabağ siyasəti ilə bağlı qınaması da SAXTA İDİ, MANİPULYASİYADAN BAŞQ BİR ŞEY DEYİL...
Hətta onun güvəndiyi İran mollalarının ən ağıllısı belə Qarabağ problemini həll etmək iqtidarında deyil...
İş savaşdadır və BU HƏQİQƏTİ Azərbaycan hakimiyyəti də gözəl dərk edir.Amma Azərbaycan hakimiyyəti növbəti SAVAŞDAN itki ilə yox QƏLƏBƏ ilə çıxmağı qəsd etdiyindən Don Kixotluq həvəsində deyil.
Buna görə də Taleh Bağırzadə kimiləri Qarabağ problemindən sui-istifadə imkanlarına malik olurmuş kimi görünürlər.
Amma onların bu cəhdləri yalnız AĞILSIZLARA sirayət edə bilərdi.
Taleh Bağırzadə, savadlı, zəkalı, ağıllı, elmli birisi olsaydı bugünkü Azərbaycan və dünya reallıqları açısından problemə yanaşa bilərdi.
Və anlayardı ki, QARABAĞ PROBLEMİ, XOCALI FACİƏSİ kiminsə əlində manipulyasiya aləti ola bilməz...
Anlayardı ki, buna görə ölkənin bir MİLLƏTÇİ KƏSİMİ var və buna görə, adamın boğazını üzərlər...
MİLLƏT buna rəva verməz...
Taleh Bağırzadə anlamalı idi ki, BU ONUN PROBLEMİ DEYİL!!!
Və biz inanırıq ki, Qarabağ problemi heç bir vaxt Taleh kimisini düşündürə bilməz...
Onu düşündürən əlini öpdüklərinin təlimatlarının hansı formada icrası ola bilərdi... O, bundan etkilənə bilərdi...
Amma maləsəf kimlərsə... DAHA DƏQİQ İFADƏ EDƏK... Məhz Azərbaycanın MİLLİ DÖVLƏT MARAQLARINI İrana satan biriləri var ki, Taleh Bağırzadənin quyruğunda sürünərək Azərbaycana qarşı hərəkətlənməni belə məqbul hesab edirlər.
Olsun... Kimisə, nəyisə bəyənməyə bilərsən... Amma bu ölkənin polisinə ATƏŞ AÇIRSANSA, demək bizdən deyilsən....
Zəhmət olmasa, erməni ilə FƏRQİNİ ORTAYA QOY!!!
Odur ki, hər kəs bu ölkənin TÜRK YURDU AZƏRBAYCAN olmasını qəbul etmək zorundadır... Burada nə 40 milyonluq Azərbaycan türkünü əsarəti altında saxlayan İranın, nə də ki, vəhabilik, nurçuluq və digər bu kimi iyrənc ideologiyaların HÖKMRANLIQ etməsi imkansızdır...
Alınmayacaq...
Ən azından qarşınızda dünənə qədər yatmış kimi görünən və hər zaman bu millətin, dövlətin yolunda başını qoymağa hazır olan MİLLƏTÇİLƏRİ GÖRƏCƏKSİNİZ...
Buna hər kəs əmin olsun...
Dövlətimizi hansısa qaramatların ümidinə buraxası deyilik...
Məhəmməd ƏRSOY