“Çeçen komandir”i kim öldürüb? – İki ölkə arasında gərginlik böyüyür

5-12-2019, 07:00           
“Çeçen komandir”i kim öldürüb? – İki ölkə arasında gərginlik böyüyür
Avqust ayında Almaniyada “Çeçen komandir” adıyla tanınan Gürcüstan vətəndaşı Xanqoşvilinin rus kəşfiyyatı tərəfindən öldürülməsi iddiasının yayılmasından sonra Rusiyanın bu ölkədəki səfirliyinin iki əməkdaşı deportasiya edilib.

Teleqraf.com xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi bəyanat yayaraq, rəsmi Berlinin bu qərarına etiraz edib.

Açıqlamada bu qərarın əsassız və Rusiyaya təzyiq olduğu bildirilib.

Almaniya Baş Prokurorluğu isə sözügedən sui-qəsdin arxasında rus kəşfiyyatının dayandığı iddiasını irəli sürüb.

“Şpigel” qəzeti yazır ki, 2013-cü ildə Moskvada bir rus iş adamını öldürən Vadim Krasikov məlum qətldə şübhəli bilinir.

Kremlin mətbuat katibi açıqlama verərək, alman mediasında yayılan məlumatları təkzib edib və bu sui-qəsdin arxasında rus kəşfiyyatının olmadığını iddia edib.

Gürcüstan vətəndaşı Xanqoşvili bu ilin avqust ayında Berlində öldürülüb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.