Fırıldaqçılar bankomatdan şəhid anasının təqaüdünü OĞURLADILAR - FOTOLAR

20-12-2019, 09:13           
Fırıldaqçılar bankomatdan şəhid anasının təqaüdünü OĞURLADILAR - FOTOLAR
Fırıldaqçılar bankomatdan şəhid anasının təqaüdünü OĞURLADILAR
Cəlilabadda misligörünməmiş oğurluq olub. Hadisə bu il sentyabrın 24-də baş verib.

Bu haqda Moderator.az-a açıqlamasında zərərçəkmiş özü məlumat verib.

Belə ki, sentyabrın 18-də Sərhəd Qoşunlarının "N" saylı hərbi hissəsində xidməti zamanı şəhid olan Cəlilabad rayon Söyüdlü kənd sakini Hüseynov Sənan Afət oğlu doğulduğu kənddə böyük izdihamla dəfn edilib.

Şəhidin anası Şəkərova Könül Yolçu qızı övladına görə özünü yaxşı hiss etmədiyi üçün ikinci oğlu Hüseynov Kənan üçün aldığı sosial təqaüd kartını qayınatasına verərək bankomatdan 200 manat məbləğində pulu çıxarmasını xahiş edib.

Göytəpə qəsəbəsinə yollanan şəhidin babası Abbas Hüseynov yaxında olan insanlardan pulu çıxarmaq üçün kömək istəyib. Bir nəfər yaxınlaşaraq ona kömək edəcəyini bildirib və kartı bankomata daxil edib çıxardıqdan sonra deyib ki, hesabda pul yoxdur. Şəhid babası ərazidən uzaqlaşan kimi həmin adam pulu bankomatdan götürərək ərazidən uzaqlaşıb. Bundan isə şəhidin babası xəbərsiz olub. Bir gün sonra başqa bir bankomatda pulu çıxarmaq istəyəndə məlum olub ki, pul dünən həmin adam tərəfindən oğurlanıb.

A.Hüseynov başına gələnlərlə bağlı Göytəpə polis bölməsinə şikayət edib. Araşdırma nəticəsində həmin görüntülər əldə edilsə də, şəxsin kimliyi hələ ki, müəyyən edilməyib. Şəhid babasına bölmədə bildirilib ki, özün bankomatın yanına gəl və şəxsi görüb tanıdığın zaman bizə məlumat ver.

A.Hüseynov redaksiyamıza şikayət edərək hüquq-mühafizə orqanlarının hadisəylə bağlı tədbir görməsini xahiş edib.














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.