Ramiz Mehdiyev Akif Əlizadəyə qarşı - AMEA-DA CİDDİ DƏYİŞİKLİKLƏR, LƏĞVETMƏLƏR OLACAQ…

20-12-2019, 16:54           
Ramiz Mehdiyev Akif Əlizadəyə qarşı - AMEA-DA CİDDİ DƏYİŞİKLİKLƏR, LƏĞVETMƏLƏR OLACAQ…
Biz də eşitmişik ki, AMEA-da çox ciddi dəyişikliklər olacaq. Konkret olaraq, keçmiş və uğursuz, adı bir çox xoşagəlməz işlərdə, qalmaqallarda hallanan eks-prezident Akif Əlizadənin AMEA-da yaratdığı qondarma “institutlar” ləğv ediləcək. Eyni zamanda, digər mühüm və vacib addımlar atılacaq, dəyişikliklər baş verəcək. Bunlara çox ciddi ehtiyac var. Ancaq təbii ki, dəyişikliklərin necə və nədən ibatət olacağını AMEA-nın yeni rəhbəri və rəhbərliyi daha yaxşı bilir və bilər. Bizim bildiklərimiz bu qədərdir ki, çox mühüm dəyişikliklər olacaq. Olsun, biz də alqışlayırıq və alqışlayacağıq. Elmi, elm məbədini bazara çevirmək olmaz. Artıq, yetər!

Bunu Etikxeber.az-a açıqlamasında çox nüfuzlu və tanınmış elm xadimlərindən, akademiklərdən biri deyib.

Adının çəkilməsini istəməyən akademik AMEA-da islahatlara, dəyişikliklərə çox ciddi ehtiyac olduğunu, onun əvvəlki şöhrətinin, əsl elm məbədgahına çevrilməsinin vacibliyini və zərurliyini vurğulayıb.

Qeyd edib ki, artıq bu yöndə konkret, ciddi addımlar atılmalıdır və atılacaq.

Adının çəkilməsini istəməyən başqa bir akademik də AMEA-da dəyişikliklərin olacağını istisna etməyib və əlavə edib ki, qarşıdakı dönəmdə də bununla bağlı mühüm addımların atılması gözlənilir.

Onu da xatırladaq ki, “Demokrat.az”-ın yaydığı məlumata görə, akademiklər – Nazim Məmmədov, Vaqif Fərzəliyev, Fəxrəddin Qədirov, Əhliman Əmiraslanov, Teymur Kərimli və Nərgiz Axundova akademiyanın vitse-prezidentlərinin köməkçiləri olacaqlar.

Həmçinin, AMEA-nın iki institutunun – Qafqazşünaslıq və Elm Tarixi institutlarının ləğvi nəzərdə tutulur.

Dekabrın 25-də AMEA-nın növbədənkənar ümumi yığıncağı keçiriləcək və orada mühüm qərarlar açıqlanacaq.

Əhliman Əmiraslanov və Qafqazşünaslıq İnstitutunun direktoru Musa Qasımlı isə Milli Məclisin deputatlarıdır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.