YAP-ın YENİ NAMİZƏDLƏRİ KİMLƏRDİR? - Siyahıda 75 yeni ad var + FOTOLAR (Yenilənir)

28-12-2019, 00:00           
YAP-ın YENİ NAMİZƏDLƏRİ KİMLƏRDİR? - Siyahıda 75 yeni ad var + FOTOLAR (Yenilənir)
Bu gün hakim Yeni Azərbaycan Partiyası (YAP), nəhayət, deputatlığa namizədlər siyahısını rəsmən açıqladı. Yeni Azərbaycan Partiyasnın (YAP) deputatlığa namizədlər siyahısında 75 yeni sima var. Həmin şəxslərin heç biri V çağırış Milli Məclisə seçkilərdə deputat olmayıblar.

“AzPolitika.info” həmin YAP-ın yeni namizədləri ilə bağlı məlumatları, dairə nömrələrini əsas götürərək, hissə-hissə oxucularına təqdim edir:


7 saylı Ordubad-Culfa seçki dairəsi:
Quliyev Cəbi Hüseyn oğlu – YAP Naxçıvan Şəhər Təşkilatı Gənclər Birliyinin sədri, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktorudur.

8 saylı Binəqədi birinci seçki dairəsi:


Əliyarlı Kübra Məhəmməd qızı - 01 dekabr 1987-ci ildə anadan olub. 2010-cu ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2015-2019-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq münasibətlər ixtisası üzrə ikinci ali təhsil alıb. Hazırda Naxçıvan Dövlət Universitetində Sosial iş ixtisası üzrə magistr təhsili alır. 2006-2010-cu illərdə “Səs” qəzetində müxbir vəzifəsində çalışıb.
2013-cü ilin avqust ayından Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatında təlimatçı, 2015-ci ilin yanvar ayından baş təlimatçı vəzifəsində çalışır. Yeni Azərbaycan Partiyasının VI Qurultayının iştirakçısı olub. İki kitabın müəllifidir.

10 saylı Binəqədi üçüncü seçki dairəsi:


Əliyev Anar Məmməd oğlu - Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədr müavini.
Əliyev Anar Məmməd oğlu - 12 Noyabr 1994-cü ildə Mingəçevir şəhərində anadan olub. 2016-сı ildə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasını bitirib. Hal-hazırda Binəqədi Bələdiyyəsi Mənzil Mülkiyyətçilərinin Resurs İnformasiya Mərkəzində Məsləhətçi olaraq fəaliyyət göstərir.

2013-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 25 yanvar 2018-ci ildə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Gənclər Birliyinin Şura iclasında təşkilatın Gənclər Birliyinin sədr müavini seçilib.


14 saylı Xəzər seçki dairəsi
Əhmədova Şəfəq Firudin qızı- Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin Şura üzvüdür.

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin nümayəndəsi kimi forumlarda iştirak edib.

15 saylı Yasamal birinci seçki dairəsi


Nağıyev Rauf Nəriman oğlu - 1994-2000-ci illlərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi ixtisası üzrə təhsil alıb. Tibb elmləri doktoru, Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının dosentidir. Avropa Uroloqlar Assosiasiyasının üzvüdür.
AzPolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru