Avtomobilin daha az benzin yandırması üçün nə etməli? - Video

28-12-2019, 00:27           
Avtomobilin daha az benzin yandırması üçün nə etməli? - Video
Qış aylarında avtomobillərin benzin sərfiyyatı artır. Bəzi avtomobillərdə bu fərq hətta 4-5 litrə qədər yüksəlir. Ustalar da sərfiyyatla bağlı müraciətlərinhəddən artıq artdığını təsdiqləyirlər. Onlar bəzi qaydalara əməl edilərsə, benzinə 20 faizə qədər qənaət etməyin mümkün olduğunu deyirlər.

Teref.az"Xəzər xəbər"ə istinadən bildirir ki, havaların soyuması ilə avtomobillərdə benzin sərfiyyatı artır. Sürücülər son günlər benzin sərfiyyatının 20-30 faizə qədər artdığını deyirlər.

Avtomobil ustası Pərviz İsmayılov bildirir ki, əksər sürücülər sərfiyyatın hesablanmasını yanlış aparır. Belə ki ,gündəlik 10 km yol gedən sürücü 10 gün sonra sərfiyyatı hesablayır. Bu isə tamamilə yanlış olmaqla yanaşı, ümumi sərfiyyatın hesablanmasında da çaşqınlıq yaradır. Ustanın sözlərinə görə, hesablama yalnız birdəfəlik sürüşlə müəyyən edilməlidir. Əgər bundan sonra fərq yaranarsa, yalnız bu halda ustaya müraciət etmək lazımdır.

Ustalar bildirir ki, benzin sərfiyyatı ilə bağlı mütləq şəkildə mövsümi olaraq benzin sistemi yoxlanılmalıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru