Rusiyadan milyonlarla xəstəni sevindirəcək açıqlama: “Hepatit B-nin dərmanını tapmışıq”

31-12-2019, 10:15           
Rusiyadan milyonlarla xəstəni sevindirəcək açıqlama: “Hepatit B-nin dərmanını tapmışıq”
Rusiyalı həkimlər gərgin tədqiqatlar nəticəsində Hepatit B xəstəliyinin dərmanın tapdıqları iddiası ilə çıxış edib.



Moderator.az Rusiya mediasına istinadən xəbər verir ki, bəyanat müəllifi Anna Popova iki il ərzində həyata keçridikləri çalışmalar nəticəsində Epidemiologiya İnstitutunun alimlərinin xroniki Hepatit B-ni müalicə edəcək dərman yaratdıqlaırnı bildirib. A.Popova qeyd edib ki, Hepatit B xəstəliyindən əziyyət çəkən adamlar çox olduğu üçün bu xəstəliyin müalicəsi problemi olduqca kəskindir.



A.Popova bununla Rusiyanın yoluxucu xəstəliklərin qarşısının alınmasında əhəmiyyətli uğur qazandığını bildirib. O, bildirib ki, Rusiya kəskin Hepatit B xəstəliyindən əziyyət çəkən ölkələr arasında aşağı göstəriciyə görə lider dövlətlər sırasındadır.



Məlumat üçün qeyd edək ki, Hepatit B xəstəliyinin müalicəsi ilə bağl bu günə qədər bir sıra dərmanlar sınaqdan keçirilsə də, onların heç biri bu xəstəlikdən tam müalicəni təmin etməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru