Dünyanın “ən yaxşı” pasportu: Azərbaycan neçəncidir?

7-01-2020, 19:06           
Dünyanın “ən yaxşı” pasportu: Azərbaycan neçəncidir?
İsveçrənin “Henley&Partners” şirkəti dünyanın ən cəlbedici pasportlarının reytinqini açıqlayıb.

Axar.az xəbər verir ki, reytinqə Yaponiya rəhbərlik edib. Belə ki, bu ölkənin pasportu ilə 191 ölkəyə səfər etməyin mümkün olduğu vurğulanıb.

Yaponiyadan sonrakı yerdə Sinqapur, Almaniya və Cənubi Koreya qərarlaşıb. Bu ölkələrin pasportu ilə müvafiq olaraq 190 və 189 ölkəyə səfər etməyin mümkün olduğu bildirilib.

Azərbaycan siyahıda 76-cı yerdə qərarlaşıb. Ölkəmizin pasportu ilə 67 dövlətə səfər etmək olar.

Rusiya siyahıda 51-ci, Türkiyə 55-ci, Ermənistan 81-ci, İran 98-ci yerdə qərarlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru